Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi kitabxanası ilə Misir Milli Kitabxanası və Arxivləri arasında əməkdaşlıq memorandumu imzalanacaq.
AMEA-nın yaydığı xəbərə görə, memorandum sentyabrın 29-da saat 17-də Mərkəzi Elmi Kitabxanada gerçəkləşəcək.
Buna da bax: Bakıda növbəti Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı
Bundan sonra tərəflər öz resurslarının rəqəmsallaşdırılması, nadir kitabların bərpası və konservasiyası, eləcə də, kadr mübadiləsi istiqamətində əməkdaşlıq edəcək.