Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:08

Erməni politoloqun fikrincə Yerevan son danışıqlarda ‘uduzub’


Manvel Sarkisyan
Manvel Sarkisyan

AzadlıqRadisounun Erməni xidmətinin Azatutyun saytında dərc edilmiş məqalədə deyilir ki, siyasi şərhçi Manvel Sarkisyanın fikrincə Ermənistan tərəfi oktyabrın 16-da aparılan danışıqlarda bundan əvvəl Vyana və Sankt Peterburqda əldə etdilmiş razılaşmalardan imtina etməklə məğlubiyyətə uğrayıb.

Məqalədə deyilir ki, ötən apreldə baş vermiş “dördgünlük müharibədən” sonra Vyana və Sankt Peterburq şəhərində keçirilən görüşlərdə tərəflər sərhəd insidentlərinin araşdırlıma mexanizmlərinin yaradılması və ATƏT sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin artırılması barədə razılaşma əldə etmişdilər.

Bundan başqa Ermənistan tərəfi ən yüksək səviyyədə bəyan edirdi ki, bu razılaşmalar həyata keçirilməyənədək danışıqlar bərpa olunmayacaq.

Oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrədəki erməni icması ilə görüşdə deyib ki, problemin həllinə dair hər hansı konkret razılaşmalar olmayıb, amma tərəflər ön xətdə qurbanların verilməməsi üçün tədbirlər görmək barədə razılığa gəliblər.

İlham Əliyev (solda) və Serj Sarkisyan oktyabrın 16-da Cenevrədə görüşüblər
İlham Əliyev (solda) və Serj Sarkisyan oktyabrın 16-da Cenevrədə görüşüblər

Ermənistan prezidenti bunu da əlavə etmişdi ki, “Azərbaycan prezidenti də bu məsələdə dərindən maraqlıdır”.

Erməni politoloq Manvel Sarkisyan Azatutyun radiosuna müsahibəsində deyib ki, beləliklə də Ermənistan prezidenti “ötən apreldə verilmiş 140 qurbanın hesabına Yerevanın əlində güclü alət olan razılaşmalardan imtina edib”.

Sarkisyan deyib ki, “nəticədə Azərbaycanın təcavüzlərinin qarşısını alan güclü prinsip iki nəfərin sadəcə olaraq atəş açmamaq razılaşması ilə əvəz olunub və bu Azərbaycana kart blanş verib”.

Manvel Sarkisyan hesab edir ki, Ermənistan tərəfi Cenevrə görüşünə məcburən gedib: “Niyə və nə üçün getdiyini başa düşməliydin. Azərbaycan prezidenti niyə getdiyini bilirdi. O gedirdi ki, bütün dünyaya Ermənistan tərəfinin, Minsk qrupunun belə bir tələbinin olmadığını sübut etsin. Bəs Ermənistan bu görüşə niyə gedib? Bu, suallar sualıdır. Biz artıq buna öyrəncəli olmuşuq və bu, ilk dəfə deyil ki, baş verir”.

Politoloq deyib ki, “aprel müharibəsindən ötən bir ildə qəbul edilmuiş qərarları görürük”.

Manvel Sarkisyanın fikrincə “bu qərarlar Ermənistanın yox, Azərbaycan və Rusiyanın maraqlarından doğur”.

Erməni politoloq düşünür ki, Ermənistan Azərbaycan tərəfinə güzəştlərə getməyə Rusiya tərəfindən məcbur edilir.

Azatutyun yazır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri, Vyana və Sankt Peterburqda əldə edilmiş razılaşmalar məsələsinə toxunmadan tərəflərin təmas xəttində gərginliyin azaldılması üçün razılığa gəldiklərini bildiriblər.

Lakin Ermənistan Milli Məclisinin hakim partiyadan olan vise-spikeri Eduard Şarmazanov deyib ki, prezidentlərin gərginliyin azaldılması üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəlməsi Yerevanın Vyana və Sankt Peterburq razılaşmalarından imtina etməsi kimi izah olunmamalıdır, əksinə bu tədbirlərsiz həmin razılaşmaların reallaşdırılması çətin olardı.

Azatutyunun yazdığına görə Şarmazanov bunu da bildirib ki, Əliyev-Sarkisyan danışıqlarında Vyana və Sankt Peterburq razılaşmaları ilkin şərt kimi qoyulmayıb.

Şarmazanov əlavə edib ki, prezident Sarkisyan İsveçrənin erməni icması ilə görüşündə iki mühüm mesaj verib: “Qarabağ Azərbaycanın tərkibində olmayacaq və bir nömrəli məsələ - Artsax xalqının təhlükəsizliyi. Qalan məsələlər bundan törəmiş hesab olunur”.

XS
SM
MD
LG