Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:04

Yerevandakı Rusiya səfirlyinin qarşısında etiraz aksiyası keçirilib


Yerevandakı Rusiya səfirliyinin qarşısında etiraz aksiyası
Yerevandakı Rusiya səfirliyinin qarşısında etiraz aksiyası

Rusiyanın Yerevandakı səfirliyi qarşısında bir qrup vətəndaşın etiraz aksiyası keçirilib.

AzadlıqRadiosu Erməni xidmətinin məlumatında deyilir ki, aksiyaçılar dekabrın əvvəllərində Gümrü şəhərində öldürülmüş qadının qətlində şübhəli bilinən Rusiya əsgərinin Ermənistana verilməsini tələb edirdilər.

Aksiyanın təşkilatçılarından jurnalist Narine Mkrtchian Azatutyun saytına bildirib ki, səfirlikdən aksiyaçıların qarşısına çıxan olmayıb:

“Rusiya səfirliyindən heç kim qarşısımıza çıxmadı. Bizə mürəciətimizi poçt qutusuna atmaq təklif olundu. Bu fakt onu göstərir ki, Rusiya səfirliyi Ermənistan vətəndaşlarını dinləməyə hazır deyil. Rusiya səfirliyi və Moskva əmindirlər ki, Ermənistan vətəndaşları ilə eynilə Kalinuinqrad vilayətinin sakinləri ilə olduğu kimi rəftar etmək olar”.

Gümrüdə baş vermiş qəddar qətl hadisəsinin siyasiləşdirilməməsinə həm ölkənin baş naziri Nikol Pashinian, həm də Rusiyanın Ermənistandakı səfiri çağırış ediblər.

Lakin Narine Mkrtchian-ın fikrincə Gümrüdəki 102 saylı Rusiya hərbi bazası siyasi məsələdir:

“Biz Ermənistanın yeni siyasi gündəliyini formalaşdırırıq. Bu bizim siyasi gündəliyimizin tərkib hissələrindən biridir. Bu Ermənistan vətəndaşlarının təhlükəsizliyi məsələsdir. Çünki biz Rusiya əsgərinin nə vaxt, harda və kimə rast gələrək cinayət törədəciyini bilmirik”.

Azatutyun xəbər verir ki, bu aksiyadan bir saat sonra Ermənistan Kommunist Partiyasının fəallarıRusiya səfirliyinə gələrək 102 saylı bazanın Ermənistana lazım olduğunu bildiriblər.

XS
SM
MD
LG