Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:14

Qarabağ separatçılarının lideri ‘xain qüvvələr’ barədə heç nə bilmədiyini deyir


Bako Sahakian Yerevanda jurnalistlərlə danışır
Bako Sahakian Yerevanda jurnalistlərlə danışır

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Sahakiandan Ermənistanın baş naziri Nikol Pashinian-ın “bəzi xəyanətkar qüvvələr” barədə bəyanatına şərh istəyib.

Nikol Pashinian demişdi ki, bəzi qüvvələrin hərəkətlərində “xəyanətkar müharibə qızışdırmaq, bəzi əraziləri təhvil vermək və bunda Ermənistan hökumətini ittiham etməyə qədər gedib çıxan məqsəd görür”.

Sahakian Azatutyunun sualına cavab olaraq deyib:

“Əgər belə qüvvələr varsa, biz bu adamları aşkara çıxarmalıyıq və əgər belə məqsədlər varsa, mən də bunu xəyanət kimi qiymətləndirirəm. Məndə belə satqın hərəkətlər hazırlayan qüvvələrin, xadimlərin olmasına dair informasiya yoxdur”.

Pashinian sözü gedən bəyanatı Ermənistanın keçmiş prezidenti, əslən qarabağlı Robert Kocharian mayın 18-də məhkəmə qərarı ilə zaminə buraxıldıqdan dərhal sonra vermişdi.

Kocharian 2008-ci il martın 1-də törədilmiş dövlət çevrilişində və böyük məbləğlərdə rüşvət almaqda ittiham və mühakimə edilir.

Keçmiş prezidenti Dağlıq Qarabağ separatçı rejiminin indiki və keçmiş başçıları Bako Sahakian və Arkady Gukasian zaminə götürüblər. Onlar buna görə 1 milyon dram (2 min dollar) zaminpulu ödəyiblər.

Bu zaminlik barədə danışarkən Sahakian deyib ki, onların məqsədi gərginliyi artırmaq olmayıb və onlar əksinə, gərginliyi aradan qaldırmaq istəyiblər. Sahakian bunu da deyib ki, o məhkəmə prosesini şübhə altına almır.

Kocharian zaminə buraxıldıqdan bir gün sonra Ermənistanın baş naziri Nikol Pashinian tərəfdarlarını mayın 20-də səhər saat 8:30-da bütün məhkəmələrin qapılarını bloklamağa çağırmışdı.

Bununa ardınca hökumət müşavirəsi keçirən Pashinian demişdi ki, “Ermənistanın məhkəmə sisteminə müdaxilə etməyin vaxtı çatıb”.

Bu müşavirədə Pashinian həm də Ermənistanla Qarabağ arasında münasibətlərə toxunmuş və demişdi ki, bu münasibətlər dolayısı ilə Kocharian-ın məhkəməsi ilə əlaqəlidir:

“Aşkardır ki, keçmiş korrupsiyalı sistemi təmsil edən konkret qüvvələr var və bu qüvvələr keçmişdə istifadə olunmuş formulu dirçəltməyə çalışırlar: “parçala hökm sür” məntiqi, habelə əvvəllər törətdikləri korrupsiya cinayətlərini ört-basdır etmək məqsədilə ixtilaf, Artsax (Qarabağ – red) xalqı ilə Ermənistan arasında ziddiyyət, hətta düşmənçilik yaratmaq”.

Pashinian bunu da demişdi ki, bu qüvvələrin məqsədi qəsd müharibəsi törədərək bəzi əraziləri təhvil vermək və bunun günahını Ermənistan hökumətinin üstünə yıxmaqdır:

“Bu mənada mən bu fəaliyyətin dövlət xəyanətinə bənzədiyini hesab edirəm və Artsaxın təhlükəsizliyinin qarantı olan Ermənistan Respublikasının baş naziri, müharibələr şəraitində silahlı qüvvələrin ali baş komandanı kimi bu qəsdçi niyyətlərin kökünün kəsilməsi üçün ən sərt tədbirlər görəcəyəm”.

Bako Sahakian Ermənistan-Qarabağ münasibətlərində gərginlik mövzusunun süni şəkildə yaradıldığını deyib:

“Bizim aramızda belə gərginliyin mövcudluğunu istisna edirəm və əgər belə bir hallar varsa, biz onların aradan qaldırılması üçün hər şeyi etməyə borcluyuq”.

Azatutyun yazır ki, Sahakian Kocharian azad edildikdən sonra onunla görüşüb-görüşmədiyinə dair suala cavab verməyib.

XS
SM
MD
LG