“Buz bu qələbəni gözləyirdik. Ona görə ki, Teymur elə bir şahmatçıdır ki, istənilən halda bu nəticəni göstərə bilərdi”.
Bunu qrossmeyster Teymur Rəcəbovun Dünya Kubokunun qalibi olmasını dəyərləndirən Azərbaycan Şahmat Federasyasının vitse-preidenti Faiq Həsənov bildirib.
F.Həsənovun deməsinə görə, bir neçə il idi ki, T.Rəcəbov güclü turnirlərdə gözlənilən nəticəni əldə edə bilmirdi. Vitse-prezident vurğulayıb ki, amma potensialına görə, o elit şahmatçıdır və elit şahmatçılar sırasında da olmalı idi.
F.Həsənov həmçinin qeyd edib ki, T.Rəcəbov bu illər turnirlərə az-az qatılıb:
“Bu Dünya Kubokunda bu qələbəni və belə güclü nəticəni heç onun özü də gözləmirdi. Hətta bu barədə özü öz müsahibəsində də bildirib. Amma mənə elə gəlir ki, T.Rəcəbovun ilk 10-luqda olan üç böyk şahmatçını keçərək qələbə azanması inamlı qələbədir”.
Xatırlatma
Azərbaycandan olan qrossmeyster Teymur Rəcəbov Xantı-Mansiyskdə başa çatan şahmat üzrə Dünya Kubokunun qalibi olub.
Oktyabrın 4-də o, Dünya Kubokunun tay-breyk finalında Çindən olan Din Lijeni məğlub edib. Finalın klassik partiyalarının yekunlarına əsasən qalib müəyyənləşməyib.Rəqiblər tay-breyk çərçivəsində dörd rapid yarışı keçiriblər, ancaq yenə də qalib olmayıb. Bununla əlaqədar kubok uğrunda mübarizə blits-partiyalarda davam edib. Teymur Rəcəbov hər iki partiyada rəqib qrossmeysteri məğlub edib.