Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:50

Çinin ‘orvelsayağı’ nəzarət sistemi faş olundu


Sintzyanda uyğurların yaşadığı kənd, sentyabr, 2019-cu il
Sintzyanda uyğurların yaşadığı kənd, sentyabr, 2019-cu il

Noyabrın 24-də Çinlə bağlı məxfi sənədlər sızdırılıb. Bu sənədlər ölkənin uzaq qərbindəki Sintzyan (Sincan) regionunda kütləvi saxlama düşərgələrində saxlanan 3 milyonadək adamın həyatının necə izləndiyini üzə çıxarır.

Sənədləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (BAJK) əldə edib və dünyanın 17 media orqanı bu məlumat əsasında məqalələr yayıb. Sənədlərə düşərgələrin idarə olunması təlimatı da daxildir.

Sünni intellektə də əl atırlar

BAJK sənədləri “Çin teleqramları” adlandırır, onların əsasən müsəlmanların yaşadığı regionda “orvelsayağı kütləvi nəzarət sisteminin spesifikası”nı ifşa etdiyini bildirir.

Sözügedən təlimatı isə Sintzyanın təhlükəsizlik başçısı 2017-ci ildə təsdiqləyib. Təlimatda saçların nə vaxt kəsilməsi, düşərgə qapılarının bağlanıb açılması kimi məqamlar yer alıb.

İnsan haqları qrupları bu düşərgələrdə uyğurların və digər etnik azlıqların zorla assimilyasiyaya məruz qaldığını, işgəncədən istifadə olunduğunu bildirir.

Sənədlərə görə, sakinlərin düşərgələrə salınması üçün polis məlumatlarından hərtərəfli istifadə edilir, süni intellekt tətbiq olunur.

Pekin düşərgələrlə bağlı siyasətini dəyərli peşə təlimi adlandırır, müsəlmanları ekstremizmdən uzaqlaşdırmağa çalışdığını deyir.

Vaşinqtonda mənzillənən Şərqi Türküstan Milli Oyanış Hərəkatı (ŞTMOH) bu ayın əvvəlində bir təhlil yaymışdı, bu regionda 500-dək düşərgə və həbsxananın olduğunu bildirmişdi. Sözügedən təşkilat əsasən müsəlmanların yaşadığı Sintzyanın müstəqilliyi uğrunda mübarizə aparır.

BMT düşərgələrdə 1 milyondan çox, ŞTMOH isə bundan üç dəfə artıq, yəni region əhalisinin təxminən üçdə biri qədər adam saxlandığını bildirir.

ŞTMOH Çinin “kütləvi düşərgə” kampaniyasını Holokostla müqayisə edir.

ÇİN BAJK-ın yaydığı sənədləri “tərtəmiz uydurmaq və saxta xəbər” adlandırıb.

XS
SM
MD
LG