Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:57

Rusiyaya ən sərt idman sanksiyaları qoyula bilər


Rusiya azarkeşlərindən biri
Rusiya azarkeşlərindən biri

Noyabrın 26-da dünyanın aparcı idman təşkilatları yeni dopinq maxinasiyaları ilə bağlı Rusiyanın bütün beynəlxalq yarışlardan mümkün kənarlaşdırılmasına dair bəyanat veriblər.

Beynəlxalq Olimpiya Komitəsi bildirib ki, Rusiyaya qarşı, onun Olimpiya oyunlarından xaric edilməsi də daxil ən sərt sanksiyaları dəstəkləməyə hazırdır.

Təşkilat əlavə edib ki, Rusiyanın dopinq qalmaqalı ilə qarışacağı olmayan idmançıları yarışlara neytral bayraq altında buraxıla bilər.

AzadlıqRadiosu Rus xidmətinin məlumatına görə beynəlxalq futbol federasiyası – FIFA bildirib ki, Dünya Antidopinq Agentliyi (WADA) Rusiya barədə yekun qərarını çıxaranadək Rusiya futbol yığması ilə bağlı qərar qəbul etməyəcək.

FIFA bildirib ki, WADA ilə daimi əlaqədədir.

Avropa futboluna rəhbərlik edən UEFA hələlik Rusiyanın dopinq qalmaqalı ilə bağlı şərh verməkdən imtina edib.

Bununla belə Rusiyanın Sankt Peterburq şəhərinin 2020-ci ilin Avropa Çempionatının matçlarına və 2021-ci il Çempionlar Liqası finalına ev sahibliyindən məhrum edilə biləcəyinə dair söhbətlər dolaşır.

Rusiya təşkilat komitəsindən sözü gedən yarışlara cədvəl üzrə hazırlığı davam etdirdiklərini, şayiələrin isə cəfəngiyyat olduğunu deyiblər.

Komitə bildirib ki, UEFA WADA-nın birbaşa tabeçiliyində deyil.

Bu da məlumdur ki, noyabrın 27-də UEFA-nın rəhbəri Aleksander Čeferin Sankt Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Rusiya idman yarışlarından 4 illiyə kənarlaşdırıla bilər

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Dünya Antidopinq Agentliyinin (WADA) komitəsi Rusiyanı idman yarışlarından dörd il müddətinə kənarlaşdırmağı tövsiyə edib, bunu ölkənin Ümumdünya Antidopinq Məcəlləsini pozmasıyla izah edib.

WADA noyabrın 25-də bildirib ki, tövsiyəni öhdəliklərə əməl olunmasına nəzarət edən komitəsi irəli sürüb. Komitə yanvarda Moskva laboratoriyasından əldə olunmuş məlumatların bir hissəsində uyğunsuzluq olduğunu deyir.

WADA-nın İcraiyyə Komitəsi dekabrın 9-da bu tövsiyəni nəzərdən keçirəcək.

Dördillik qadağa o deməkdir ki, Rusiya gələn il Tokioda yay olimpiya oyunlarında, 2022-ci ildə isə Pekində qış olimpiadasında iştirak etməyə bilər.

Ancaq bundan öncə WADA rusiyalı atletlər üçün neytral status təklif etmişdi. Rusiya 2018-ci ildə Cənubi Koreyada Qış Olimpiya oyunlarına rəsmən buraxılmasa da, rusiyalı atletlərin bəziləri Olimpiya bayrağı altında yarışa bildi.

WADA Rusiyanın onlarla idman növündə mindən çox dopinq halına yol verdiyini sənədləşdirib. Pozuntuların çoxu 2014-cü ilin Soçi olimpiadasında qeydə alınıb.

XS
SM
MD
LG