Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:50

Khachaturyan bacılarına qətl ittihamı qaldırılır


Maria və Angelina Khachaturyan məhkəmədə, 2019-cu il
Maria və Angelina Khachaturyan məhkəmədə, 2019-cu il

Rusiya Baş Prokurorluğu müstəntiqlərə onlarla pis rəftar etmiş atalarını öldürməkdə ittiham olunan yeniyetmə qızlara qarşı qətl ittihamlarını ləğv etmək göstərişi verib. Bu cinayət işi ölkədə məişət zorakılığı mövzusu ətrafında qızğın müzakirə yaratmışdı.

Prokurorların yanvarın 31-də bildirməsinə görə, Maria, AngelinaKrestina Khachaturyan bacılarına qarşı iş özünümüdafiə kimi təsnif olunmalıdır. Bu da bacılara cinayət işinin bağlanması ilə sonuclana bilər, vəkilləri deyib.

Bacıların 2017-ci ilin iyulunda Moskva ətrafında atalarını bıçaqla qətlə yetirdikləri bildirilir. Onlar daimi alçalmaya, cinsi istismara məruz qaldıqlarını deyiblər.

Üç bacı 57 yaşlı ataları Mikhail Khachaturyan-ı bıçaq və çəkiclə qətlə yetirdiklərini etiraf ediblər.

Təqsirli bilinərdilərsə, 20 il həbs cəzası gözlənirdi

İstintaq Komitəsi dekabrın 3-də istintaqı bitirdiyini açıqlayıb və hadisə törədilən vaxt 18 və 19 yaşlarında olan Krestina və Angelina-ya qarşı qətl və qətl planlaşdırmaq ittihamları tövsiyə edib.

Bəyanatda deyilirdi ki, qətl baş verən zaman bacılar zehni baxımdan sağlam olublar, nə etdiklərini biliblər. Ancaq məlumatda eyni zamanda atalanın onlara uzun müddət “fiziki və zehni əziyyət” verdiyi də vurğulanıb.

Bacılar təqsirli bilinərdisə, 20 ilədək həbsə məhkum edilə bilərdilər.

Müstəntiqlər hadisə vaxtı 17 yaşı olan Maria-nın məcburi psixiatrik müalicə almasını tövsiyə edib.

Qızların vəkili Aleksei Parshin TASS dövlət xəbər agentliyinə deyib ki, Baş Prokurorluq İstintaq Komitəsinin cinayət işini rədd edib, qətl ittihamlarını ləğv etmək göstərişi verib.

Onun sözlərinə görə, prokurorlar belə bir qənaətə gəliblər ki, bacıların hərəkətləri “gərəkən özünümüdafiənin hüquqi çərçivəsində baş verib”.

Bu iş Rusiya mediasında və xaricdə geniş işıqlandırılıb, məişət zorakılığı barədə müzakirələri qızışdırıb. 2017-ci ildə qəbul olunmuş qanun məişət zorakılığının bir çox formalarını dekriminallaşdırmışdı.

Qızlara azadlıq tələb edən petisiyanı 350 min nəfər imzalayıb. Rusiyada və kənarda qadın hüquqları fəalları isə onları dəstəkləyən yürüşlər keçirib.

XS
SM
MD
LG