Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:39

Trump telefon danışıqlarının dinlənilməsinə son qoya bilər


Donald Trump bəraət almasından yazan USA Today qəzetini göstərir, 6 fevral, 2020-ci il
Donald Trump bəraət almasından yazan USA Today qəzetini göstərir, 6 fevral, 2020-ci il

ABŞ Prezidenti Donald Trump deyir ki, hökumətin digər rəsmilərinin ölkə başçısının xarici liderlərlə telefon söhbətlərini dinləməsi praktikasına son qoymağı nəzərdən keçirir.

“Bu təcrübəyə tamamilə son qoya bilərəm”, – Trump fevralın 13-də radio müsahibəsində deyib.

Trump-ın 2019-cu ilin iyulunda ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbəti sonradan impiçment mühakiməsinin mərkəzində dururdu. Nümayəndələr Palatasındakı demokratlar Trump-ı siyasi rəqibi Joe Biden-lə bağlı təhqiqat başlatmaq üçün Kiyevə təzyiq göstərməkdə ittiham edirdi. Trump isə iddiaları rədd edib.

Adətən, prezidentin işçiləri xüsusi, səs keçirməyə otaqda xarici liderlərlə telefon söhbətlərinə qulaq asaraq qeydlər götürürlər.

Prezidentləri qorumaq

Milli Təhlükəsizlik Şurasının personalı sonradan bu qeydlərdən istifadə edərək zəng barədə memorandum hazırlayırlar və bu da rəsmi sənəd kimi istifadə olunur.

“Bu çoxdankı təcrübə prezidentlərə kömək etmək, onları qorumaq məqsədi daşıyır. Bu, prezidentə və milli təhlükəsizlik müşavirinə danışıqlar zamanı əldə olunmuş istənilən razılaşmaları diqqətdə saxlamaq, qarşı tərəfin zənglə bağlı hər hansı qeyri-dəqiq və düzgün olmayan iddiasını təkzib etmək imkanı verir”, – bunu ABŞ-ın 30 illik təcrübəsi olan kəşfiyyat veteranı, keçmiş prezident Barack Obama administrasiyası dövründə xüsusi otağı idarə etmiş Larry Pfeiffer “AP”yə deyib.

Trump onu da deyib ki, impiçment prosesi onu Richard Nixon-un istefa verdiyi “qara” günlər haqda düşünməyə vadar edib. Nixon 1974-cü ilin avqustunda, Uoterqeyt qalmaqalına görə impiçment olunmamışdan istefa verib.

“Bu, dəhşətli şeydir və Nixon haqda, ölkəmizin tarixindəki qara dövr, Ağ evin gizli səs yazıları, dəhşətli şou haqda hər kəsdən çox düşünürəm”, – Trump vurğulayıb.

“Qaranlıq idi, uzun müddət davam etdi və onu izlədim”, – prezident deyib.

Nümayəndələr Palatasının prezidenti impiç etməsinə baxmayaraq fevralın 5-də Senat ona bəraət verdi.

XS
SM
MD
LG