Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:45

Azərbaycan koronavirusla mübarizəyə hazırdırmı? (VIDEOLAR)


Koronavirus: Bakıda iki nəfər xəstəxanaya yerləşdirildi
Gözlə

No media source currently available

0:00 0:09:55 0:00

Koronavirus: Bakıda iki nəfər xəstəxanaya yerləşdirildi

Fevralın 24-də iki nəfər koronovirus şübhəsiylə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onlardan biri İran, digəri Azərbaycan vətəndaşıdır. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər, Azərbaycana daxil olan zaman hərarətləri normadan bir az yüksək olub.

Rəsmi məlumatda onların xəstə insanlarla təmasda olmadıqları, hər iki şəxsin səhhətində problem olmadığı deyilir.

İranda koronavirusdan ölənlərin sayı 12 nəfərə çatdı
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Azərbaycan Tibb Universitetinin Klinik Cərrahiyə Klinikasının yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri, infeksionist Sədrəddin Atakişizadə deyir ki, virus qonşu İrana da çatıbsa, Azərbaycanda da yayılma riski böyükdür. O bildirib ki, görülən profilaktik tədbirlər daha da artırılacaq:

“Müəyyən tədbirlər artıq görülüb. Koronavirus qonşu İrana çatıbsa, yəqin bu önləyici tədbirlər daha da artırılacaq və bununla bağlı nəzarət gücləndiriləcək”.

Amma Sədrəddin Atakişizadə vurğulayır ki, vətəndaşların özləri də virusdan qorunmalı, qabaqlayıcı tədbirlər görməlidirlər.

Bəs, koronavirusdan necə qorunmaq olar?

Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssislərinin tövsiyələri:

kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək,

əlləri tez-tez yuymaq;

öskürərkən və asqırarkən məsafə saxlamağı, ağız və burunu tək istifadələik dəsmalla bağlamaq;

Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Dünya Səhiyyə Təşkilatı beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir.

Amma həkim infeksionist Mərdan Əli virusun yayıldığı ərazilərə, eləcə də İrana getməməyi daha məqsədə uyğun sayır:

“Ümumiyyətlə bu virusa hava-damcı, kontakt yollarla, mədə-bağırsaq yolu ilə yoluxulur. Ona görə də xəstəliyə şübhəli olan insanlardan uzaq olmaq, qapalı yerlərdə çox qalmamaq, tez-tez, gündə ən azı 2 dəfə otaqların havasını dəyişmək lazımdır”.

Mərdan Əli çoxqatlı tənziflərdən hazırlanan maskalardan istifadəni daha doğru hesab edir.

Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Səhiyyə Nazirliyi Azərbaycanda bu virusun aşkarlanmadığını bəyan edir. Yanvarın sonlarında Nazirlər Kabineti koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçib.

Rəsmi məlumata görə, dəmiryolu qatarları dizenfeksiya olunub, səhiyyə ocaqlarında qaynar xətt yaradılıb, xüsusi palatalar ayrılıb.

XS
SM
MD
LG