Londonda mənzillənən üç şirkət koronavirusdan qorunma məqsədi ilə əməkdaşlarına “evdən işləməyi” tapşırıb.
BBC yazır ki, neft nəhəngi Chevron Londondakı ofisinin 300 əməkdaşına “bir müddət işə gəlməyin” göstərişi verib.
Chevron şirkəti ilə eyni binada ofisləri olan Crossrail və OMD media firması da əməkdaşlarının evdə qalmasını istəyib.
Bu şirkətlərin ofis kirayələdiyi Kanari Vorf mülkiyyət firması bildirib ki, sözü gedən şirkətlər “aşırı ehtiyatlılıq” nümayiş etdiriblər.
Şirkət öz kirayəçilərini ilk növbədə İngiltərə İctimai Səhiyyə İdarəsinin tövsiyələrini rəhbər tutmağa çağırıb.
İngiltərə İctimai Səhiyyə İdarəsi isə hətta təsdiq edilmiş yoluxma olduğu hallarda da iş yerlərinin bağlanmasını tövsiyə etmir.
Yanvar ayında Çində koronavirus aşkar ediləndən bəri Britaniyada 7132 analiz aparılıb.
Bu analizlər 13 nəfərdə COVID19 virusunu aşkar edib.
Bu arada enerji nəhəngi BP öz əməkdaşlarının həyati əhəmiyyəti olmayan biznes işləri üşün Çin, Honq Konq, Yaponiya, Cənubi Koreya və Sinqapura ezamiyyətlərini qadağan edib.
Goldman Sachs investisiya bankı virusun yayıldığı ərazidən gələn işçilərinə “özlərini karantin” etməyi tapşırıb.
44 min pasientdən alınmış məlumatın analizinə istinad edən Dünya Səhiyyə Təşkilatı aşağıdakı informasiyanı açıqlayıb. Koronavirus yoluxmaların
81 faizində yüngül simptomlarla
14 faizində kəskin simptomlarla və
5 faziində kririk xəstəliklə
üzə çıxır.