Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:35

İran vitse-prezidentinin koronavirusa yoluxduğu xəbər verilir


Masoumeh Ebtekar
Masoumeh Ebtekar

İran koronavirus barədə ‘saxta xəbər’ yayanları həbs və şallaqla hədələyir

İran hakimiyyəti koronavirus barədə “saxta xəbər” yayanları şallaq və həbslə hədələyib.

İngilisdilli Tehran Times qəzetinin yazdığına görə İran parlamentinin hüquq və ədliyyə komitəsinin sözçüsü Hassan Norouzi deyib ki, şəriət qanunlarına görə “yalan yayanlar” 1 ildən 3 ilədək azadlıqdan məhrum edilə və şallaqlana bilər.

Nouruzi əlavə edib ki, “şayiə yaymaqda” şübhəli bilinən 24 vətəndaş artıq saxlanıb.

Hassan Norouzi
Hassan Norouzi

Vitse prezident xəstələnib

İran mediasında yayılan son xəbərlərə görə ölkənin vitse-prezidenti Masoumeh Ebtekarda koronavirus aşkar edilib.

Bundan əvvəl ölkənin səhiyyə naziri Iraj Harirchi-nin koronavirusa yoluxduğu xəbər verilmişdi.

Media xəbərlərində deyilir ki, vitse-prezident dünənki müşavirədə iştirak edirdi və prezident Hassan Rohani ilə yanaşı oturmuşdu.

Xanım Ebtekarda simptomların kəskin olmadığı xəbər verilir. O xəstəxanada deyil.

Bundan əvvəl İranın Vatikandakı keçmiş səfiri Hadi Khosroshah-ın koronavirusdan vəfat etdiyi xəbər verilib.

***

Koronavirusun yayılması ilə bağlı Tehranda cümə xütbəsi və namazı ləğv olunub.

Dövlət mediası xəbər verir ki, ölkə boyunca bu virusa yoluxanların sayı daha 100 nəfər artıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kianoush Jahanpour fevralın 27-də bildirib ki, koronavirusla bağlı ölümlərin sayı son 24 saatda 26-ya çatıb.

Bu, virusun episentri olan Çindən sonra ikinci yüksək göstəricidir.

Fevralın 26-sı ilə müqayisədə fevralın 27-də virusa yoluxanların sayı daha 106 nəfər artaraq 245-ə çatıb.

Jahanpour deyib ki, bu rəqəmlərin daha da yüksələcəyi gözlənilir, çünki hazırda laboratoriyalarda nümunə analizləri davam etdirilir.

İran mümkün pandemiya təhlükəsinin önlənməsi məqsədilə koronavirusa yoluxmuş və ya yoluxduğuna şübhə olan şəxslərin hərəkətinə məhdudiyyət qoyub.

IRNA agentliyi xəbər verir ki, hazırda COVID19 virusu ölkənin 31 ostanından 20-də qeydə alınıb.

Səhiyyə naziri Saeed Namaki deyib ki, virusun yayıldığı bölgələrdə məktəblərin bağlanması daha üç gün uzadılıb və fevralın 29-dan başlayaraq ölkə universitetləri bir həftə müddətində bağlı olacaq.

Epidemioloqlar narahatdırlar ki, İran hakimiyyəti virusun yayılma miqyası ilə bağlı tam informasiya verməyə bilər.

Ekspertlər bildirirlər ki, hakimiyyət bunun siyasi effektindən narahatdır.

***

Son 24 saat ərzində İranda koronovirusdan ölənlərin sayı 7 nəfər artaraq 26-ya çatıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kianoush Jahanpour fevralın 27-də deyib ki, artıq 245 nəfərdə virus aşkarlanıb. Bu, bir gün öncəkindən 106 nəfər çoxdur.

***

İranda koronovirusdan daha 3 nəfərin dünyasını dəyişməsilə virus qurbanlarının sayı 22-yə çatıb.

Fevralın 27-də IRNA xəbər agentliyinin dərc etdiyi qrafikə görə, İranın 31 vilayətindən 20-də 141 nəfərə xəstəlik diaqnozu qoyulub.

Ən çox ziyan görən Qum şəhəridir, burada 63 yoluxma halı var.

Epidemioloqlar İran rəsmilərinin yeni virusa yoluxma hallarını tam açıqlamamasından narahatdırlar. Fevralın 26-da Nyu Yorkda mənzillənən İranda İnsan Haqları Mərkəzinə müsahibəsində ictimai səhiyyə eksperti Kamiar Alaei deyib ki, İran hakimiyyəti “irimiqyaslı yayılma ilə üzləşdiklərini etiraf etmək istəmirlər”.

Artıq Braziliya da ilk yoluxma halı barədə məlumat verib.

ABŞ Prezidenti Donald Trump isə ölkəsində koronovirusun böyük miqyasda yayılması qorxusunun olmadığını bildirib.

“Məncə, vəziyyətin daha da pisləşmə ehtimalı var,... ancaq heç nə qaçılmaz deyil”, – Trump Ağ evdə jurnalistlərə söyləyib.

Amma ölkənin səhiyyə rəsmiləri amerikalıları kütləvi tədbirləri təxirə salmağa, evdən işləməyə hazır olmağa çağırmışdılar. İndilik, Birləşmiş Ştatlarda koronavirusa 60 yoluxma halı aşkarlanıb.

***

Koronavirus İranda sürətlə yayılır

İranın Səhiyyə Nazirliyi artıq ölkədə koronavirusdan 19 nəfərin vəfat etdiyini açıqlayıb. Qonşu Pakistanda, Avropada isə Rumıniyada ilk yoluxma halları aşkarlanıb.

Nazirliyin sözçüsü Kianush Jahanpur fevralın 26-da əhalini özəlliklər İranın virus yayılan hissələrinə “vacib olmayan səfərlər”dən çəkinməyə çağırıb.

Prezident Hassan Rohani etiraf edib ki, İranda virusun nəzarətə alınması “bir, iki, üç həftə” çəkə bilər. İndilik bu virusdan Çindən kənarda ən çox ölüm məhz İranda qeydə alınıb.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) isə İran hakimiyyətini ölkədə virusun yayılmasını işıqlandırmağa çalışan jurnalistlərə maneələr törətməkdə suçlayıb.

Jurnalistlər sosial mediada senzuradan, yalanlardan, rəsmilərin səriştəsizliyindən gileylənirlər, Parisdə mənzillənən qurum bildirir.

Bu arada İran polisinin kibertəhlükəsizlik bölümü internetdə koronovirus haqda şayiə yaymaqda suçlanan 24 nəfərin saxlandığını bildirib.

İlk yoluxma halları aşkarlanan ölkələr

Gürcüstan 50 yaşlı bir kişinin koronavirusa yoluxduğunu açıqlayıb. Həmin şəxs İrandan Azərbaycan vasitəsilə ölkəsinə gedib.

Ermənistan fevralın 26-daə İrandan 52 vətəndaşını evakuasiya edib. Rəsmilərin onların heç birində koronovirus simptomları olmadığını bildirib.

Pakistan fevralın 26-da koronavirusa iki yoluxma halının aşkarlandığını, hər iki xəstənin durumunun “sabit” olduğunu bildirib. Həmin iki nəfər bu yaxınlarda İranda olublar. Pakistan hələ keçən həftədən İranla sərhədini bağlayıb.

Dünyada koronavirusa 80 mindən çox insan yoluxub, Çində 2 min 700 nəfər dünyasını dəyişib. Çindən kənarda isə virus 40 nəfərdən çox can alıb.

Fransa fevralın 26-da virusdan ilk ölüm halının qeydə alındığını açıqlayıb.

İrandan başqa koronovirus İtaliya, Cənubi Koreya və Yaponiyada geniş yayılıb. İtaliyada 400 yoluxma, 12 ölüm halı baş verib.

Şimali Makedoniya, Rumıniya virusa ilk yoluxma halları haqda xəbər veriblər. Rumıniyadakı xəstənin italyan turistlə təmasda olduğu bildirilir. Onun vəziyyəti yaxşıdır və xəstəxanaya köçürülüb.

İtaliyada təxminən 1 milyon Rumıniyaları yaşayır və işləyir. Həmin ölkəyə xeyli sayda rumıniyalı səfər edir.

XS
SM
MD
LG