Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:44

İranın koronavirus ‘detektoru’nu ələ salırlar


"Koronavirus" detektoru təqdim olunur
"Koronavirus" detektoru təqdim olunur

İranda 100 metrlikdən koronavirus infeksiyalarını maqnit dalğalar vasitəsilə aşkarlayan cihaz təqdim olunub. Bu, İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) üçün zəfər anı kimi qələmə verilib.

İİKK yanvarda Tehran aeroportundan qalxan Ukrayna sərnişin təyyarəsini vurandan bəri kəskin tənqidlə üz-üzə qalıb.

“Bu heyrətamiz elmi texnika bir sıra xəstəxanalarda sınaqdan çıxarılıb”, – İİKK-nın komandiri General mayor Hosseini Salami aprelin 15-də televiziya ilə çıxışında deyib.

Saxta bomba detektoruna bənzədirlər

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, çoxları bu cihazın “yeni və nadir elmi nailiyyət olması” fikrini lağa qoyurlar.

Sosial mediadakı tənqidçilər cihazın britaniyalı fırıldaqçıların satdığı saxta bomba detektoruna bənzədiblər. Həmin şəxslər on il qabaq bu fırıldağa görə məhkum olunublar. BBC həmin saxta cihazın İraqda və başqa ölkələr tərəfindən alınaraq istifadə olunduğunu yazırdı.

İranın Səhiyyə Nazirliyi isə bu cihazın hələlik, lisenziya almadığını bildirib və bu da koronavirus pandemiyası ilə mübarizə aparan ölkədə aparıcı rəsmilər arasındakı fikir ayrılığını göstərir.

COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusuna indiyədək 78 min iranlının yoluxduğu, onlardan 4 min 900 nəfərin vəfat etdiyi bildirilir. Amma bu rəqəmlərin daha yüksək olması ehtimalı səsləndirilir.

Salami deyib ki, antena quraşdırılmış cihaz 100 metr radiusda maqnit sahəsi yaradır, infeksiyalar aşkarlanır və aşkarlanan hədəf göstərilir. Onun sözlərinə görə, cihazı İİKK-nın Bəsic yarımhərbi qüvvələrində xidmət edən alimlər hazırlayıb, qan analizləri götürülmədən kütləvi yoxlama aparmağa yaxşı seçimdir.

İndiyədək dünyada koronavirus testləri burun və boğazdan götürülən, laboratoriyaya göndərilən yaxma vasitəsilə aparılır. İkinci növ test isə seroloji, yaxud anticisim testidir, yoluxmanın baş verib-vermədiyi qan analizi ilə müəyyənləşdirilir.

Rəsmilərin fikir ayrılığı

İranın Səhiyyə Nazirliyi indiyədək 310 mindən çox koronavirus testinin aparıldığını bildirir.

Məqalədə deyilir ki, yeni cihaz İİKK-nın təyyarə insidentindən sonra imicini düzəltmək cəhdi ola bilər. Təyyarədəki 176 nəfər həlak olmuşdu. Bu insident İran və ABŞ qüvvələrinin qarşılıqlı hava zərbələri endirdiyi bir vaxta düşürdü. Yanvarın əvvəlində ABŞ İİKK-nın Qüds qüvvələrinin komandiri Qasem Soleimani-ni Bağdadda dron zərbəsilə öldürəndən sonra ikitərəfli münasibətlər pisləşib.

İİKK təyyarənin vurulması arxasındakı insan səhvinin “məqsədli” olmadığını demişdi.

Bu arada Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur deyib ki, ölkənin Ərzaq və Dərman Təşkilatı cihaza lisenziya verməyib. Bu, İranda sərt-xətt tərəfdarları ilə praqmatiklər arasında gərginliyin dərinləşdiyini üzə çıxarır.

Prezident Hassan Rohani-nin müşaviri Hesamedin Ashena sərt-xətt tərəfdarlarının nəzarətində olan dövlət televiziyasını təsdiqlənməmiş alət, yaxud dərmanların reklamından çəkinməyə çağırıb.

Ötən ay İİKK-ya bağlı gənclər qrupu koronavirusla mübarizə üçün Birləşmiş Ştatlara humanitar yardım göndərməyə hazır olduğunu demişdi. Amma hökumət bunu “şayiə” adlandırdı, Jahanpur dedi ki, ölkəsi hər hansı ölkəyə tibbi avadanlıq, digər ləvazimat göndərmək durumunda deyil.

Jahanpur hökumətin pandemiyanı önləmək üçün fiziki məsafə saxlamaq çağırışlarına baxmayaraq, İİKK-nın martda keçmiş komandiri üçün Tehran yaxınlığında keçirdiyi böyük dəfn mərasimini də tənqid etmişdi.

XS
SM
MD
LG