Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:37

Assange xəstəliyinə görə ekstradisiya məhkəməsinə çıxmayıb


Julian Assange
Julian Assange

WikiLeaks saytının yaradıcısı Julian Assange xəstəliyinə görə Londonda keçirilən məhkəmə dinləməsinə qatıla bilməyib.

Hazırda Uestminister məhkəməsi onun Birləşmiş Ştatlara ekstradisiya olunması məsələsinə baxır.

Assange-nın yoldaşı, həm də onun keçmiş vəkili olmuş Stella Moris deyib ki, o xəstə olduğuna görə həkim məsləhəti ilə videodinləmədə iştirak edə bilməyib.

48 yaşlı Avstraliya vətəndaşı Assange-a qarşı Birləşmiş Ştatlarda casusluq da daxil 17 ittihamı irəli sürülüb.

London məhkəməsi bildirib ki, onun məhkəməsi ən tezi sentyabradək təxirə salınmalı olacaq.

Məhkəmə bunu da əlavə edib ki, prosesin üzbəüz keçirilməsi üçün münasib yer axtarışındadır, lakin hələlik koronavirus epidemiyası ilə bağlı yalnız videodinləmələr keçirilə bilər.

Ekstradisiyaya etiraz edirlər

WikiLeaks bildirib ki, üç həftəlik məhkəmə prosesi üçün münasib yerin tapılmaması Assange-ın narahatlığına səbəb olub, beləki o bütün bu müddət ərzində həbsxanada saxlanır.

Parisdə mənzillənmiş Sərhədsiz Müxbirlər təşkilatı bildirib ki, Assange-ın davamlı sağlamlıq problemləri var və o Belmarş həbsxanasında COVID-19-a yoluxmaq təhlükəsi qarşısındadır.

ABŞ Ədliyyə Nazirliyi Assange-ı 2010-cu ildə ABŞ hərbiyyəsinə aid məxfi sənədləri yaymaqda ittiham edir.

Assange, onun vəkilləri və tərəfdarları onun Birləşmiş Ştatlara verilməsinə etiraz edirlər. Onlar deyirlər ki, o ABŞ-da ədalətlə mühakimə olunmayacaq.

Assange az qala 7 il müddətində Londondakı Ekvador səfirliyinə sığındıqdan sonra 2019-cu ildə həbs olunub.

XS
SM
MD
LG