Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:53

Twitter onminlərlə propaqanda hesabını bağladığını deyir


İllüstrativ foto
İllüstrativ foto

Twitter sosial şəbəkəsi onminlərlə hesabı bağladığını bildirir. Onların içində Çin, Rusiya, Türkiyədən propaqanda əməliyyatlarına bağlı hesablar var.

Sosial media nəhənginin iyunun 11-də bildirməsinə görə, 23 min 750 “aşırı fəal özək” hesab və 150 min “gücləndirici” hesabların idarə etdiyi “dövlətə bağlı” Çin propaqanda şəbəkəsi dağıdılıb.

Təkrar tvitlər və bəyənmələr vasitəsilə yayılan informasiyaların Çin hökumətinin maraqlarına xidmət etdiyi bildirilir. Onların kontenti Honq Konqda demokratik etirazlar və yeni koronavirusla bağlı informasiyadan ibarət olub.

Özək 23 min 750 hesabın “tez aşkarlandığı, ciddi təsirə” nail olmadığı qeyd olunur. Gücləndirici hesabların çoxu isə strateji olaraq “təsir göstərmə ölçüsünü süni olaraq şişirtməyə” hesablanıb.

Twitter Rusiya hökumətinin maraqlarına bağlı 1152 şübhəli hesabın və 7 min 340 Türkiyə hesabının da bağlandığını vurğulayır.

Məlumata görə, Çinin şəbəkəsi “manipulativ və koordinasiyalı” fəaliyyətlə məşğul olub.

Əsasən Çin dilində olan tvitlər “Çin Kommunist Partiyasının xeyrinə geosiyasi hekayətlər yayıb, eyni zamanda Honq Konqda siyasi dinamika haqda aldadıcı versiyaları təbliğ edib”, – bəyanatda deyilir.

Çinin cavabı

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying isə iyunun 12-də reportyorlara deyib ki, Twitter dezinformasiya ilə mübarizə aparmaq istəyirsə, Çinə böhtan atan hesabları bağlasın. O, ölkəsini dezinformasiyanın ən böyük qurbanı adlandırıb.

Twitter YouTube, Google və Facebook-la birlikdə Çində qadağan olunub. Bu ölkədə xəbərlərə və informasiyaya çıxışı məhdudlaşdırmaqdan ötrü “Təhlükəsizlik Səddi”ndən istifadə olunur.

Twitter indiyədək propaqanda və spam yayan istifadə hesablarını təmizləmə əməliyyatı aparıb.

Bu arada ABŞ-dakı Zoom videomesaj xidməti bildirib ki, Pekinin tələbilə razılaşaraq ABŞ və Honq Konqdan bəzi fəalların hesablarını bağlayıb. Həmin fəallar Tiananmen faciəsinin ildönümü anmaq üçün populyar çət tətbiqinə yığışıblarmış.

Twitter bu yaxınlarda ABŞ Prezidenti Donald Trump ilə də toqquşub, onun bir tvitini fakt yoxlamasından keçirib. Platformadan əsas kommunikasiya kanalı kimi istifadə edən Trump bu hərəkətdən qəzəblənib.

XS
SM
MD
LG