Exit-poll - Lukashenko, demək olar ki, 80 faiz səs toplayıb
BelTA dövlət agentliyi xəbər verir ki, rəsmi exit-poll nəticələrinə görə, Belarusun hazırkı rəhbəri Aleksandr Lukashenko ölkədə keçirilən prezident seçkilərində 79,7 faiz, əsas müxalifətin namizədi Svetlana Tikhanovskaya isə 6,8 faiz səs toplayıb.
Artıq seçkilər etibarlı elan olunub. Rəsmi məlumatlara görə, fəallıq tələb olunan həddi 50 faiz aşdı. Minsk vaxtı ilə saat 18: 00-a səsvermə 79 faiz təşkil edib. Səsvermənin ilkin nəticələri avqustun 10-da elan ediləcək.
Belarusun müstəqilliyi dövründə 6-cı prezident seçkisi
Avqustun 9-u 20200ci ildə Belarusda keçirilən prezident seçkisi ölkənin müstəqilliyi tarixində 6-cıdır. Hər seçkidə Lukaşenko prezident yarışmasının qalibi olmağı bacarıb.
1994 - Korrupsiyaya qarşı mübarizə üzrə parlament komissiyasına rəhbərlik edən Belarus Ali Sovetinin deputatı Alexander Lukashenko bir çoxları üçün gözlənilmədən ölkə tarixindəki ilk prezident seçkilərinin ilk turunda təxminən 45% səs toplayıb. İkinci turda o vaxtkı hökumət başçısı Vyaçeslav Kebiçi məğlub edərək prezident seçilib. Bu zaman Lukashenko 80% -dən çox, Kebich isə 17% -dən çox səs toplayıb.
2001 - Alexander Lukashenko, rəsmi məlumatlara görə 75% -dən çox səs alaraq birinci turda qalib olub. Onun rəqibinə, həmkarlar ittifaqı lideri Vladimir Qonçarika seçicilərin 15% -i səs verib.
2006 - Lukaşenko 82% seçicinin dəstəyini qazana bilib, əsas rəqibi, müxalif siyasətçi Alyaksandr Milinkeviç isə 6% -dən bir qədər çox səs toplaya bilib. Seçkilərdən sonra müxalifətin etirazları şiddətlə dağılıb.
2010 - Belarusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko seçicilərin təxminən 80% səs qazana bilib. Müxalifət namizədləri - xarici işlər nazirinin keçmiş müavini Andrey Sannikov, şair Uladzimir Nyaklyaeu, iqtisadçı Yaroslav Romanchuk və başqaları - hər biri bir az və ya təxminən 2% səs qazanıb. Minskin mərkəzində, seçkinin nəticələri elan olunduqdan sonra müxalifət tərəfdarları ilə polis və çevik qüvvələr arasında toqquşma baş verib və yüzlərlə insan, o cümlədən bir sıra müxalifət lideri həbs olunub.
2015 - Lukashenkonun ən çox sevdiyi ifadəyə görə, o, "zərif qələbəsi" çalıb: rəsmi rəqəmlərə görə 83% -dən çox səs ala bilib. Aparıcı müxalifət namizədi Tatyana Korotkevich təxminən 4,5% səs alıb.
1994-cü ildə keçirilən ilk prezident seçkisi istisna olmaqla, Belarusdakı heç bir prezident seçkisi beynəlxalq səviyyədə azad və demokratik olaraq tanınmayıb.
***
MSK: Seçicilərin 73 faizi səsvermədə iştirak edib
Rəsmi məlumata görə, Belarusda keçirilən prezident seçkilərində seçicilərin 73 faizi səsvermədə iştirak edib. Ən yüksək fəallığın ölkənin şərqində, Gomel bölgəsində olduğu vurğulanır və iddia olunur ki, səsvermədə 80 faiz iştirak edib. MSK-nın məlumatında vurğulanır ki, seçicilərin 41 fazi 5 gün ərzində erkən səsvermədə iştirak edib. Müxalifət narahatdır ki, erkən səsvermənin nəticələrindən seçkinin nəticələrini saxtalaşdırmaq üçün istifadə edilə bilər.
Minskdə kameraya düşən maraqlı hadisə
Minsk şəhərinin Sovetskiy rayonundakı 17 saylı seçki məntəqəsinin pəncərəsindən çantası bülletenlərlə dolu olduğu ehtimal edilən bir qadın pilləkənlərdən enir.
Gün ərzində bir sıra səsvermə məntəqələrindən müstəqil müşahidəçilərin uzaqlaşdırıldığı bildirilir. Müşahidəçilərin ümumi sayı da məhduddur və müxalifət geniş miqyaslı saxtakarlıqdan qorxur. Paralel səs sayımını aparır. MSK artıq bu cür hesablamalara inanmamağa çağıraraq, seçki məntəqələri bağlandıqdan sonra rəsmi milli exit-pollun nəticələrinin dərc olunacağını bildirib.
Seçkilərdə 5 namizəd iştirak edir. Svetlana Tikhanovskaya ölkəni 26 ildir idarə edən hazırkı prezident Alexander Lukashenkonun əsas rəqibi hesab olunur. Artıq Minskdəki seçkilərdə hər iki siyasətçi səs verib. Tikhanovskaya'nı 200-ə yaxın tərəfdarı müşayiət etdi. O, səslərin düzgün sayılacağına ümid etdiyini bildirib. Tixanovskaya hansısa etiraz aksiyasının hazırlanması barədə danışmayıb.
***
Seçki baş tutub
Belarusun Mərkəzi Seçki Komissiyası prezident seçkisinin baş tutduğunu bəyan edib. Yerli vaxtla saat 12:00-a olan məlumata görə, seçicilərin 54 faizi səsvermədə iştirak edib.
***
Minskdə qaramaskalılar jurnalistləri aparıblar
Seçkiləri günü Minskdə, maskalı naməlum şəxslər Rusiyanın "Dozhd" telekanalının üç jurnalistini saxlayıblar. Telekanal jurnalistlərin tutulması barədə məlumatları təsdiqləyib. Həbs videosu Nexta telegram kanalı tərəfindən yayımlanıb. Onları kimin və niyə saxladığı hələlik məlum deyil. Prezidentliyə namizəd Svetlana Tikhanovskayanın yoldaşı Mariya Kolesnikova Dozhd-a bildirib ki, jurnalistlər onunla küçədə danışdıqdan sonra tutulublar.
Seçkidən bir gün əvvəl "Nastoye Vremya" telekanalı-nın üç jurnalisti, Rusiya və Ukrayna vətəndaşları, Belarusiyadan deportasiya edilib. Seçki kampaniyası zamanı polis dəfələrlə etiraz nümayişlərini əhatə edən müxbirləri saxlayıb.
***
Avqustun 9-da Belarusda prezident seçkiləri günü bir sıra İnternet xidmətlərinin işində fasilələr yaranıb.
Verilən məlumatlara görə, əsasən ani mesajlaşmalar qeyri-sabit işləyib, "Tut.by" saytı xəbər verir ki, "Zubr" platforması və siyasətçi Viktor Babariko-nun saytı da daxil olmaqla, prezident Aleksandr Lukashenkoya qarşı olan bir sıra mənbələr də işləməyib.
Bundan başqa Youtube və ya Google xidmətlərinə daxil olmaqda problemlər də qeydə alınıb.
"Beltelecom" problemləri artan "xarici trafik" ilə əlaqələndirib. Daha sonra Milli Kompüter Qəzasına Qarşı Mübarizə Mərkəzi rabitə problemlərinin səbəbinin, internetin Belarus seqmentinin infrastrukturuna, xüsusən Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin serverlərinə DDoS hücumu olduğunu bildirib. Məlumatda artıq hücumların qarşısının alındığı vurğulanır.
Bildirilir ki, bundan əvvəl də hakimiyyət müxalifətin mitinq keçirildiyi yerlərdə mobil interneti bağlayıb.
Prezident Aleksandr Lukashenko avqustun 9-da səhər səs verib və bu zaman o, hakimiyyətin ölkədəki vəziyyəti nəzarətdə saxladığını deyib. Lukaşenkonun sözlərinə görə, son 24 saat ərzində niyyətləri bəlli olmayan 170-ə yaxın xarici vətəndaş ölkəyə buraxılmayıb. Amma o, həmin adamların haradan gəldikləri barədə açıq danışmayıb. Avqustun 9-u axşam saatlarında Minskdə müxalifətin mitinq keçirəcəyi gözlənilir. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, hərbi qüvvələr Belarusun paytaxtına giriş-çıxışa nəzarət edirlər.
Seçkilərdə 5 namizəd var, Svetlana Tikhanovskaya Lukaşenkonun əsas rəqibi hesab olunur. Kampaniya Lukashenko əleyhdarlarının kütləvi etirazları, bir çoxunun, o cümlədən tanınmış müxalifət nümayəndələrinin həbsi ilə müşayiət olunub. Lukaşenko hesab edir ki, müxalifət Minskdə iğtişaşlar təşkil etməyə cəhd göstərə bilər.
İlkin məlumatlar
Rəsmi məlumatlara görə, səs vermək hüququ olanların 45 faizdən çoxu artıq səs verib. Bir çox seçki məntəsi qarşısında növbələrin yarandığı bildirilir. Mərkəzi Seçki Komissiyasında deyiblər ki, bu səbəbdən seçicilərin məntəqələrə girişləri məhdudlaşdırıla bilər.