Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Ramiz Mehdiyevin kürəkəni həbs edilib-VİDEO


 *
Azerbaijan, Former deputy, Ramiz Mehdiyev's son-in-law Ilham Aliyev is in court, 22 Aug 2020
* Azerbaijan, Former deputy, Ramiz Mehdiyev's son-in-law Ilham Aliyev is in court, 22 Aug 2020

Keçmiş deputat İlham Əliyev avqustun 22-də 15 sutkalıq həbs edilib. Bu barədə Azadlıq Radiosuna Abşeron Rayon Məhkəməsindən məlumat verilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə o, karantin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bundan başqa məhkəmə onun yeni qohum olduqları qudası Rövşən Mustafayev haqqında da eyni qərarı verib.

Ramiz Mehdiyevin kürəkəni həbs edilib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Verilən məlumatlara görə, avqustun 18-də İlham Əliyev qızına toy mərasimi edib, bu bununla epidemiya dövründə sanitariya-gigiyena və karantin rejimini pozub.

Amma qərara onlardan və vəkillərindən, hələlik, münasibət almaq mümkün olmayıb. İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkənidir. Ramiz Mehdiyev 1995-ci il fevralın 7-dən 2019-cu il oktyabrın 23-nə qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına rəhbərlik edib.

YAP da Siyavuş Novruzova töhmət verib

Siyavuş Novruzov, Bakı, 21 dekabr 2010
Siyavuş Novruzov, Bakı, 21 dekabr 2010

Karantin qaydalarını pozduğuna görə, hakim Yeni Azərbaycan Partiyası (YAP) bu partiyanın İcra katibinin müavini, deputat, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzova da töhmət verib.

Bu barədə bu gün, avqustun 22-də YAP saytı məlumat yayıb.

“COVİD-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib”, məlumatda yazılıb.

Məlumatlara görə, Siyavuş Novruzov 4 gün əvvəl, avqustun 18-də Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızının toyunda iştirak edib.

Toyda həmçinin, onun həyat yoldaşı Ombudsman Səbinə Əliyevanın və Bakı Dövlət Unversitetinin keçmiş rektoru Abel Məhərrəmovun da iştirak etdiyi bildirilir. Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra video və məlumatlar paylaşılıb. Yerli saytların məlumatına görə, adı çəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib.

Amma bu məlumatı, hələlik, onların özündən dəqiqləşdirmək mümkün olmayıb. Koronavirus pandemiyası ilə bağlı, mart ayından Azərbaycanda toylara icazə verilmir.

XS
SM
MD
LG