Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:22

Rusiyanı Navalnı araşdırmasını sürətləndirməyə çağırırlar


Aleksey Navalnı (öndə)
Aleksey Navalnı (öndə)

Almaniya Rusiyanı müxalifət lideri Aleksey Navalnının necə xəstələnməsilə bağlı araşdırmanı sürətləndirməyə çağırır. Navalnı hazırda Berlində xəstəxanada müalicə olunur, zəhərlənməsindən şübhələnirlər.

Avqustun 31-də Parisdə səfirlər qarşısında çıxış edən Almaniyanın Xarici işlər naziri Heiko Maas deyib ki, Avropanın Moskvayla ikitərəfli münasibətlərinin üstünü “qara buludlar” alıb, qitənin təhlükəsizliyinə risk var.

“Əlbəttə, biz Rusiyadan Navalnı işində indikindən daha çox aydınlatma gözləyirik”, – Maas deyib.

Hadisə necə olub

Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib, təyyarə Omskda məcburi eniş edib. O, həmin şəhərdə xəstəxanada iki gün süni komada qalandan sonra Almaniyaya aparılıb.

44 yaşlı müxalifətçi hazırda Berlindəki Charite xəstəxanasının reanimasiya şöbəsindədir. Tanınmış klinikanın həkimləri onun xolinesteraz inhibitorlar adlı qrupa aid maddədən zəhərləndiyi qənaətinə gəliblər.

Navalnının komandası onun bilərəkdən zəhərləndiyini, Kremlin bunda rolu olduğunu deyir. Rusiyalı həkimlər isə Navalnını müalicə edərkən analizlərin zəhər izi göstərmədiyini bildirir.

Zəhərlənmə versiyası Qərb hökumətlərini tam şəffaflıq çağırışları səsləndirməyə sövq edib. Siyasətçilər bildiriblər ki, insidentdə Kremlin əli olduğu təsdiqləsə, bir neçə reaksiya nəzərdən keçirilir.

Rusiya rəsmiləri isə Navalnının bilərəkdən zəhərlənməsi iddialarını rədd edir, insidenti tam araşdırmağa elə də həvəs göstərməyiblər.

XS
SM
MD
LG