Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:32

Ekspertlər: Türkiyə hərbçiləri barədə son sözü Azərbaycan deməlidir


Türkiyə ilə Rusiya nədə razılaşa bilmir?- Qarabağ üstündə fikir ayrılığı
Gözlə

No media source currently available

0:00 0:09:49 0:00

Türkiyə ilə Rusiya nədə razılaşa bilmir? Qarabağ üstündə fikir ayrılığı

Ankara ilə Moskva arasında Azərbaycan ərazisində Türkiyənin müstəqil hərbi müşahidə postu qurmaq niyyəti ilə bağlı fikir ayrılığı yarandığı bildirilir.

Reuters Agentliyi noyabrın 23-də yazıb ki, Türkiyə Azərbaycan ərazisində müştərək mərkəzdən başqa, həm də ayrıca olaraq özünün müşahidə postunun qurulmasında israr edir. Rusiya isə bununla razılaşmır.

Noyabrın 10-dan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanatla Qarabağda döyüşlər dayanıb.

Həmin bəyanata əsasən Dağlıq Qarabağdakı atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzinin yaradılması nəzərdə tutulub.

Türkiyənin keçmiş millət vəkili, Azərbaycanla bağlı hadisələri yaxından izləyən Sinan Öğan da qeyd edir ki, Qarabağda sülhməramlı missiya ilə bağlı Moskva ilə Ankara arasında ciddi fikir ayrılığı yaranıb:

“Türkiyə ilə Rusiya arasında məlum məsələlərdə bir sıra rahatsızlıqların olması doğrudur. Özəlliklə də Türkiyənin Dağlıq Qarabağda birgə monitorinq mərkəzindən başqa, bəzi yerlərdə öz ordusunu yerləşdirmək istədiyini, Rusiyanın buna qarşı çıxdığını bilirik. Azərbaycan da Türkiyə hərbçilərinin orada olmasını istəyir. Bu Türkiyənin də tələbidir. Amma Rusiya bölgədə yaşayan ermənilər bundan narahat olar deyərək, bu tələblə razılaşmır. Amma hələki bir qərar yoxdur, müzakirələr davam edir”.

Moskva ilə Ankara Qarabağda nəyi razılaşdıra bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Moskva və Ankara razılaşmanı fərqli anlayıblar

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç düşünür ki, noyabrın 10-dakı razılaşmadan sonra baş verənlər göstərir ki, Türkiyə ordusunun rolu barədə fikirlər doğru anlaşılmayıb:

“Rusiya, çox güman ki, Türkiyə də 10 noyabrda açıqlanmış bəyanatı fərqli anlayırlar. Rusiya Türkiyənin konflikt zonasından kənarda bir monitorinq mərkəzində təmsil olunmasını istəyir. Amma Türkiyə hərbçilərinin fiziki olaraq, münaqişə zonasında olmasını istəyir. Mənim müşahidələrim onu göstərir ki, əvvəldən bu məsələni tərəflər hərəsi bir cür anlayıblar. Amma noyabrın 10-da açıqlanan bəyanat elə tərtib olub ki, Rusiyanın regionda dominant güc olması mesajını verir”.

Türkiyənin keçmiş millət vəkili Sinan Öğan isə hesab edir ki, bir monitorinq mərkəzi ilə münaqişəyə nəzarət mümkün deyil. Onun fikrincə nəzarət balanslı olmalıdır:

“Bu Azərbaycanlıların dili ilə desək “xala xətrin qalmasın” bir nəzarət mərkəzi olar. Atəşkəsə nəzarət dediyimiz fiziki olaraq, ərazidə əsgəri qüvvə yerləşdirməklə olar, bir binaya girməklə nəzarət olmaz. Türkiyə bunu istəyir, Azərbaycanın da bunu istədiyini düşünürəm. Amma Rusiya bunu istəmir, yalnızca öz hərbi qüvvələrinin olsun istəyir. Amma bura Azərbaycan torpağıdır, son sözü Azərbaycan deyəcək”.

“Rusiyanın əli zəifdir, amma yaxşı oynayır”

ABŞ dövlət katibinin keçmiş müşavirlərindən biri Paul Goble isə hesab edir ki, Rusiya və Türkiyə arasında yaranmış bu fikir ayrılığında yeganə qərarverici tərəf var, o da Azərbaycandır:

“Azərbaycanı xalqı və hökuməti öz ərazisində başqa bir ölkənin hərbi qüvvələlərinin yerləşdirilməsini istəyirsə, bu, Rusiyanın işi deyil. Rəsmi Moskva buna nail olmağa çalışarsa, bu beynəlxalq hüquqa zidd olacaq. Rusiyanın əli zəifdir, amma yaxşı oynayır. Azərbaycanın Rusiyadan, Putin rejimindən başqa bir gözləntisi olmamalıdır. Rəsmi Moskva Cənubi Qafqazda həqiqi sülhü heç vaxt istəməyib”.

Azərbaycan, Ermənistan və Rusiya arasında noyabrın 9-da imzalanmış razılaşmadan sonra Rusiya öz sülhməramlılarını Qarabağa göndərib. Bəzi müstəqil ekspertlər bunu Azərbaycanın müstəqilliyinə təhdid hesab edirlər.

Elə bu bəyanatın imzalanmasından az sonra prezident İlham Əliyev bildirmişdi ki, sülhməramlı missiyada Türkiyənin də iştirakı nəzərdə tutulur. Bu sənədin imzalanmasından sonra Ankarada Türkiyə və Rusiya arasında Qarabağda birgə fəaliyyətə dair ayrıca bir sənəd də imzalanıb. Amma həmin sənədin detalları hələlik açıqlanmayıb.

XS
SM
MD
LG