Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:44

Tramp gedərayaqda İrana yeni sanksiyalar qoya bilər


Elliot Abrams
Elliot Abrams

ABŞ Prezidenti Donald Trampın vəzifədən getməkdə olan administrasiyası yeni sanksiyalarla İrana təzyiqi artırmağı planlayır.

Noyabrın 25-də ABŞ-ın İran üzrə baş elçisi Elliot Abrams elan edib ki, Trampın sanksiya strategiyası prezidentliyinin düz sonuna qədər “daha iki ay davam edəcək”, silahlar, kütləvi qırğın silahları və insan haqları ilə bağlı yeni cəza tədbirləri tətbiq olunacaq.

Saziş necə pozuldu

Tramp vəzifəyə gələndən İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişini tənqid edirdi. 2018-ci ildə sazişdən çıxdı. Həmin saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

ABŞ-da yeni rəhbərlik Azərbaycanla bağlı siyasətini dəyişə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Tramp Tehrana sanksiya qoyduqca İran da daha sazişin uran zənginləşdirməyə qoyduğu limitə əməl etməyəcəyini açıqladı. Sazişi imzalamış Avropa ölkələri, Çin və Rusiya isə onu qüvvədə saxlamağa çalışırlar.

Yanvarda andiçmə mərasimi keçiriləcək Co Bayden isə İran sazişə sadiq qalarsa, Birləşmiş Ştatları ona qaytaracağını deyir.

Berlin İnstitutunun keçirdiyi virtual tədbirdə Abrams Baydenin xarici siyasət üzrə vəzifələrə nominantlarını alqışlayıb. O deyib ki, yeni administrasiyanın Tehranla yeni saziş razılaşdırmaq üçün “böyük fürsəti olmasına” inanır. Bu saziş Tehranın raket proqramını və İranın regionda yaratdığı təhdidləri əhatələməlidir.

Xəbərdarlıq

Ancaq Abrams Baydenə xəbərdarlıq edib ki, Obama komandasının “səhvlərini” təkrarlamasın, əldə olunmuş təzyiq rıçaqlarından istifadə eləsin.

“Bu rıçağı əldən versək, bu həqiqətən faciəvi və səfeh addım olar. Amma əgər bundan istifadə eləsək, məncə, bütün problemləri yoluna qoyacaq konstruktiv razılaşma şansı yaranır”, – Abrams söyləyib.

İranın ruhani hakimiyyəti isə ölkənin raket proqramı, yaxud regional siyasətində dəyişikliklərlə bağlı danışıqlar olmayacağını bəyan edib.

Ancaq Prezident Həsən Ruhani noyabrın 25-də televiziya ilə çıxışında imzalanmasında özünün rol oynadığı orijinal sazişə qayıtmağa hazır olduğunu deyib.

O bildirib ki, “ABŞ-ın yeni hökuməti əvvəlki administrasiyanın son dörd il ərzində həyata keçirdiyi pis siyasəti kompensasiya etməli olacaq”. Amma əlavə edib ki, “İran və Birləşmiş Ştatlar hər iki tərəfin ilkin şərtlərə qayıtmasına razılaşa bilərlər”.

XS
SM
MD
LG