Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:38

Putin Navalnının zəhərlənməsindən danışdı


Krım, 17 dekabr, 2020-ci il
Krım, 17 dekabr, 2020-ci il

Tədbir Rusiyayla bağlı bəzi şübhələrin gücləndiyi dönəmə düşür

Rusiya Prezidenti Vladimir Putin Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsində FSB-nin rolunu üzə çıxarmış araşdırmanı rədd edir. O, heç bir dəlil göstərmədən deyib ki, rusiyalı müxalifətçi ABŞ kəşfiyyatına işləyir.

Putin bugünkü mətbuat konfransında onu da qeyd edib ki, “Bellingcat” saytının bu həftə yaydığı birgə hesabat “araşdırma deyil, ABŞ kəşfiyyat materialının yuyulmasıdır”.

Rusiya prezidenti deyib ki, Navalnının avqustda Sibirin Tomsk şəhərində zəhərlənməsinin arxasında FSB-nin durması iddiaları medianın işidir.

Navalnı onu öldürmək istəyənlərin adlarını açıqladı
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

“Qərb mediasında Rusiya haqda belə sensasiyalı əhvalatlar həmişə olub. Bu təəccüblü deyil”, – deyən Putin sonra iddia edib ki, Navalnı “ABŞ xüsusi xidmətinə işləyir”.

“Onu zəhərləmək kimi bir məqsəd olsaydı, artıq zəhərlənmiş olardı”, – Putin vurğulayıb.

***

Vladimir Putin koronavirus pandemiyası ilə bağlı deyib ki, Rusiyanın “səhiyyə sistemi daha effektli olduğunu ortaya qoyub”. Onun sözlərinə görə, ölkə üzrə 270 min xəstəxana çarpayısı hazır vəziyyətə gətirilib. Müdafiə Nazirliyi 30 min yer hazırlayıb, 10 min yer isə regionlarda açılıb.

“Gərəkən dərmanı sayı iki dəfə artırılıb”, – deyən Putin dərmanlarla yaşanan problemləri “logistik” olduğunu vurğulayıb, amma “sənayenin onun öhdəsindən gəldiyini” bildirib.

Onun sözlərinə görə, Rusiya koronavirus testlərinin aparılmasına görə dünyada üç lider ölkədən biridir.

Putin Rusiyada 150 min həkimin “koronavirus istiqamətində işlədiyini” qeyd edib. O, Rusiyanın hazırladığı Sputnik V vaksininin heç bir ciddi yan təsiri olmadığını sözlərinə əlavə edib.

Vaksin hazırlayan xarici şirkətlər “bizə müraciət edirlər, onlarda nəsə alınmır”, – Putin söyləyib.

Britaniyanın AstraZeneca şirkəti ötən həftə öz vaksininin effektini Rusiya vaksini ilə birlikdə yoxlayacağını açıqladı.

145 milyon əhalisi olan Rusiya 2.7 milyon yoluxma ilə dünyada dördüncü, ölü sayına görə 10-cu yerdədir.

Putin Rusiyada ÜDM-nin 3.6 faiz azaldığını və bunun AB və ABŞ-dan az olduğunu qeyd edib. Kənd təsərrüfatında artım isə 2 faiz təşkil edib, prezident bildirib.

Dövlət büdcəsinin 70 faizi artıq “neft-qaz gəlirləri hesabına” formalaşmır. “Buna görə də kiminsə bizi yanacaqdoldurma məntəqəsi kimi təqdim etməsinin əsası yoxdur”, – Putin deyib.

***

Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də ənənəvi ilsonu mətbuat konfransını keçirəcək. Media mənsublarının iştirakıyla yüksək səviyyədə idarə olunan bu tədbir Rusiyayla bağlı bəzi şübhələrin gücləndiyi dönəmə düşür. Rusiyanın Birləşmiş Ştatlarda böyük kiberhücumun arxasında durduğu bildirilir. Digər tərəfdən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Kremlin tənqidçisi Aleksey Navalnını zəhərləməsinə dair dəlil ortaya qoyulub.

Putin ildə bir neçə belə tədbir keçirərək imicini düzəltməyə çalışır, rusiyalıları əmin edir ki, onların taleyi yaxşı əllərdədir, Birləşmiş Ştatlara və dünyanın qalan hissəsinə ismarıclar göndərir.

68 yaşlı Putin 20 ildir siyasətdə dominant roldadır, 1999-cu ildən ya prezident, ya da baş nazir postunda olub. Bu ilin əvvəlində təsdiqlənmiş konstitusiya dəyişiklikləri keçmiş KQB zabitinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açır.

ABŞ-a kiberhücum

COVID-19 pandemiyasına görə Putin konfransa Novo-Oqaryovodakı iqamətgahından qoşulacaq. Yerli və xarici media təmsilçiləri Moskvadakı Dünya Ticarət Mərkəzində olacaq, region mediası ilə videolink vasitəsilə əlaqə yaradılacaq.

Kremlin məlumatına görə, Rusiya və xaricdən 700-dən çox jurnalist tədbirə akkreditə olunub. Bu mətbuat konfransı adətən bir neçə saat çəkir.

Birləşmiş Ştatlarda Daxili Təhlükəsizlik Departamenti daxil olmaqla hökumət agentliklərinə böyük kiberhücumun arxasında Rusiyanın durmasıyla bağlı şübhələr var.

Dekabrın 13-də açıqlanan kiberhücumlar Maliyyə və Kommersiya departamentlərini də hədəfə alıb. “The New York Times” Müdafiə Departamentinin bəzi hissələrinin, “Washington Post” isə Dövlət Departamenti və Milli Səhiyyə İnstitutunun da haker hücumuna məruz qaldığını bildirib.

Moskva bu məlumatları təkzib edib.

Putin dekabrın 15-də, 3 noyabr seçkisindən altı həftə sonra Co Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib. Baydenin Prezident Donald Trampdan fərqli olaraq Kremlə qarşı daha sərt mövqe tutacağı gözlənir.

Navalnı məsələsi

Bu arada “Bellingcat” araşdırma portalı Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsinin arxasında FSB əməliyyatçılarının durduğunu bildirən birgə araşdırma yayıb.

Xarici işlər naziri Sergey Lavrov dekabrın 16-da bu hesabatı “məzəli” adlandırıb, amma birbaşa təkzib də etməyib. Putin isə hələlik hesabatı şərh etməyib. Sözçüsü Dmitri Peskov dekabrın 15-16-da jurnalistlər üçün gündəlik brifinqləri təxirə salıb.

Bu günlərdə Levada Mərkəzinin açıqladığı yeni rəy sorğusu son bir ildə gənc rusiyalıların Putinə dəstəyinin yarıbayarı azadlığını üzə çıxarıb.

Bu il neftin ucuzlaşması və koronavirus pandemiyası Rusiya iqtisadiyyatına zərbə vurub.

Rusiya dünyada koronovirus yoluxmalarına görə dördüncü yerdədir. Avqustda COVID-19-a qarşı ilk vaksinin hazır olduğunu bildirib. Ancaq vaksinin əsas üçüncü mərhələ sınaqları bundan sonra keçirilib.

XS
SM
MD
LG