Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:59

Syunikdə sərhədə rusiyalı sərhədçilər yerləşdiriləcək


Syunik, arxiv fotosu
Syunik, arxiv fotosu

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Qarabağa səfər edib

Ermənistanın Syunik rayonunda Azərbaycanla sərhədin bəzi yerlərinə rusiyalı sərhədçilər yerləşdiriləcək. Bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bu gün – dekabrın 17-də Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan rayonda olub, yerli rəsmilərlə görüşüb. AzadlıqRadiosu-nun Ermənistan xidmətinin məlumatına görə, iclasda Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı məsələlər müzakirə edilib. Nazir yüksəkçinli zabitlərə rusiyalı sərhədçilərin yerləşdirilməsi haqda göstəriş verib.

Arutyunyan Rusiya sülhməramlı kontingentinin zabitləri ilə görüşdə isə Gorus-Xankəndi yoluna nəzarəti, itkin düşənlərin axtarışı ilə bağlı məsələləri müzakirə edib.

***

Koçaryan Moskvaya gedib

Ermənistanın ikinci prezidenti Robert Koçaryan bu gün – dekabrın 17-də Moskvaya gedib. Onun ofisindən verilən məlumata görə, keçmiş prezident Moskvada üçgünlük şəxsi səfərdə olacaq.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan isə hazırda Qarabağdadır. Bu haqda bu gün hökumətin iclasında Baş nazirin birinci müavini Tiqran Avinyan məlumat verib.

Azərbaycanla danışıqlar aparılır

Avinyanın sözlərinə görə, Qasparyan Qarabağın Xocavənd rayonundakı Çaylaqqala kəndində baş verənləri və digər məsələləri müzakirə edəcək.

Baş nazirin müavini deyib ki, bu kontekstdə Azərbaycan tərəfi ilə danışıqlar aparılır. “Yaxın gələcəkdə qərar gözləyirik”, – Avinyan vurğulayıb.

Qarabağdakı separatçıların liderinin dekabrın 16-da bildirməsinə görə, Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətində döyüş mövqelərinin şəxsi heyəti ilə əlaqə itib. Daha sonra sözügedən kəndlərdə 73 hərbçinin taleyindən xəbər olmadığı açıqlandı. Hərbçilərin Azərbaycan tərəfdən əsir götürüldüyü bildirilir.

Ancaq Azərbaycan tərəfdən bu məsələyə rəsmi münasibət açıqlanmayıb.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG