Bazar günü Avropa Birliyi (AB) ölkələrində yeni bir koronavirus növünə qarşı əhalinin kütləvi immunlaşmaşına başlanılıb. 27 dekabra qədər qeydə alınan tək peyvənd Amerikanın Pfizer korporasiyasının dərmanı olub. İstehsalçılar bu vaksinin effektliyinin 95 faiz olduğunu bildirirlər.
Birinci mərhələdə ölkələr təxminən 10 min doza qəbul ediblər ki, bu da pandemiyanı dayandırmaq üçün kifayət deyil.
Vaksin vurulmasında əsasən yaşlılar və tibb işçiləri daxil olmaqla risk qruplarından olan vətəndaşlara üstünlük verilir. “Spiegel” jurnalı yazır ki, ki, Avropa Birliyi peyvəndləri ABŞ, Yaponiya, Kanada və digər ölkələrdən sonra almağa başlayıb. Beləki Vaşinqton peyvəndləri iyulda alıbsa, Brüssel bu işə noyabr ayının ortalarında başlayıb.
Pandemiyanın başlamasından bu günə qədər Avropa Birliyi ölkələrində 12 milyondan çox adam COVİD -19-a yoluxub, 335 mindən çox adam ölüb. Hazırda AB əhalisinin sayı 447 milyon nəfərə yaxındır. Pandemiyanın qarşısını almaq üçün AB əhalisinin 60 faizi peyvənd olunmalıdır. “Spiegel” gələn ilin sonuna qədər AB-nin 180 milyon doza Pfizer və Moderna peyvəndləri alacağını yazıb və hesablayıb ki, bu da 90 milyon adama yetərli olacaq.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.