Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:39

Gələn ilin büdcəsində nələr yoxdur?


İqtisadçılar gələn il devalvasiya olacağını deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

İqtisadçılar gələn il devalvasiya olacağını deyirlər

Dekabrın 21-də prezident Milli Məclisə 2021-ci il üçün dövlət büdcəsi layihəsini təqdim etdi. Hazırda parlamentdə onun müzakirəsi gedir və artıq ikinci oxunuşda qəbul edilib. Büdcənin gəlirləri 25 mlrd. 427 mln. manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 mlrd. 303 mln. manat çoxdur. Xərcləri isə 28 mlrd. 543 mln. manat (2020-ci ilə nisbətən 1 mlrd. 50.8 mln. manat çox) proqnozlaşdırılır.

Layihədə sosialyönlü xərclər 11 mlrd. 111.9 mln. manat nəzərdə tutulub. Bu da başa vurulan illə müqayisədə 563.8 mln. manat artıqdır.

Büdcədən 2.2 mlrd. manat işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına ayrılmalıdır.

A.Abbas
A.Abbas

"Hər sahə nəzərdə tutulub"

Milli Məclisin deputatı Aqil Abbasa görə, büdcə layihəsi bütün vacib sahələri əhatə edib. Deputat "Turan" agentliyinə bildirib ki, müharibədən çıxmış ölkənin gələn ilin büdcəsi 2020-ci illə müqayisədə hətta artıb: "Bu ilə nisbətən gələn ilin büdcəsi 5.4 faiz artıq nəzərdə tutulub. 3 milyard manat kəsirimiz ola bilər, o da Dövlət Neft Fondundan transfertlər hesabına həll olunacaq".

"Müharibə iştirakçılarının kommunal xərclərdən azad olunma məsələsi qaldırılır"

A.Abbasın sözlərinə görə, büdcədə hər sahə nəzərdə tutulub: "Büdcə layihəsi çox ciddi və hərtərəfli hazırlanıb. Amma bəzi məsələlər var ki, onların həyata keçirilməsi o qədər də asan deyil. Məsələn, indi müharibə iştirakçılarının kommunal xərclərdən azad olunma məsələsi qaldırılır. O elə də asan məsələ deyil. Düzdür, veteranları kommunal xərclərdən azad etmirlər, amma bunun əvəzinə onlara 80 manat pul verirlər ki, bu məsələləri özləri həll etsinlər. Şəhid ailələrinə gəlincə, elə Birinci Qarabağ savaşından sonra onlar kommunal xərclərdən azaddırlar".

Qarabağın bərpasına beynəlxalq fond yaradılması təklif edilir
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Deputat uşaqpulu (uşaqlara aylıq müavinətin verilməsi. 2006-cı ildən dayandırılıb) məsələsinə də toxunub: "Milli Məclisdə uşaqpulu məsələsinə baxılması ilə bağlı söhbət gedir. Bu məsələyə yenidən baxılacaq".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, gələn il üçün təqdim olunmuş büdcə layihəsi natamamdır: "Büdcə çox gec, dərindən analiz edilmədən və müvəqqəti olaraq hazırlanıb. Çünki "Büdcə haqqında" Qanuna görə, büdcə oktyabr ayında hazır olmalı idi və noyabr-dekabr aylarında müzakirələr keçirilib, dekabrın 20-ə qədər Milli Məclisdə qəbul edilməli idi".

Ekspert hesab edir ki, bunun obyektiv səbəbləri var: "Bunun səbəbi Vətən savaşı olub. İşğaldan azad olunmuş ərazilərin ilkin qiymətləndirilməsi aparılmalı idi ki, hansı işlər görülsün. Məncə, bu da sona çatdırılmadı. Bunun da obyektiv səbəbi var. Qısa bir müddət ərzində bir neçə böyük şəhərin, rayonların, kəndlərin, dağıdılmış ərazilərin qiymətləndirilməsinin aparılması mümkün deyil".

N.Cəfərli
N.Cəfərli

"May-iyul aylarında büdcəyə yenidən baxılacaq"

N.Cəfərli qeyd edib ki, təqdim olunmuş büdcə müvəqqətidir: "Məncə, may-iyul aylarında büdcəyə yenidən baxılacaq və biz əlavələrin və dəyişikliklərin şahidi olacağıq. Bu beş ay müddətində yeni çağırışların, yeni problemlərin hansı səviyyədə olacağı ilə bağlı hökumət monitorinq aparacaq. Bu, ilk dəfə deyil. Uzun illərdir ki, büdcə ilin ortasında dəyişdirilir. Bu il də biz onu gördük".

İqtisadçının deməsinə görə, layihə çağırışlara tam cavab vermir: "Düzdür, sosial xərclərlə bağlı 550 milyon manatdan çox artım var. Burada şəhid ailələrinə və qazilərə ödəniləcək vəsait, həmçinin, koronavirusa görə 190 manat məbləğində birdəfəlik yardımlar nəzərə alınıb".

Qarabağ üçün azı 25 milyard manat lazım olacaq
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

"Kiçik və orta biznes nəzərə alınmayıb"

İqtisadçı vurğulayıb ki, sosialyönlü xərclərin məbləği artsa da, kiçik və orta biznes nəzərə alınmayıb: "Gözləntilər də var idi ki, pandemiyanın vurduğu zərərlə bərabər biznesə, əsasən də kiçik və orta sahibkarlara böyük yardım paketi qəbul olunacaq. Bu baş vermədi. Gələn il üçün ümumilikdə bu işə cəmi 230 milyondan bir az çox vəsait nəzərdə tutulub ki, bu da çox kiçik rəqəmdir. Uşaqpulu ilə bağlı gözləntilər var idi ki, hansısa formada bu həll olunacaq. Hamıya edilməsə də, heç olmasa, aztəminatlı ailələrə şamil edilərək uşaqpulunun verilməsinə başlanacaq. Bu gözlənti də özünü doğrultmadı".

"2020-ci ilin problemləri 2021-ci ilə transfer olunub"

N.Cəfərlinin sözlərinə görə, işğaldan azad olunmuş torpaqlarda bərpa işləri üçün 2.2 mlrd. manat ayrılıb, amma bu işlərin dəqiq planı yoxdur: "Çox təəssüf ki, 2020-ci ilin problemləri 2021-ci ilə transfer olunub və növbəti il heç də asan keçməyəcək. Bir çox problemlər var ki, biz onların gələn il üzə çıxmasının şahidi olacağıq".

XS
SM
MD
LG