Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək qalib olub.
AZƏRTAC-ın məlumatına görə, T. Rəcəbov final mərhələsinin cavab matçında rəqibi L.Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan azərbaycanlı şahmatçı turnirdə birinci yeri tutub.
O, yanvarın 2-də keçirilən birinci matçda rəqibinə 2,5:1,5 hesabla qalib gəlib.
“Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran 33 yaşlı Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.
Azadlıq Trend
1