Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:55

Bir günə 4 minə yaxın ölüm


Cənubi Afrikada koronavirus qurbanı dəfn olunur
Cənubi Afrikada koronavirus qurbanı dəfn olunur

Cənubi Afrika tibb işçilərinə vurmağa 1.5 milyon doza AstraZeneca vaksini alacağını bəyan edib

Birləşmiş Ştatlarda COVID-19-dan gündəlik ölü sayında yeni rekord qeydə alınıb – 4 minə yaxın xəstə vəfat edib. Yanvarın 7-də 250 mindən çox yeni yoluxmanın aşkarlandığı da açıqlanıb. Milad və Yeni il bayramlarından sonra rəqəmlərdə kəskin artım gözlənilən idi.

Ən pis vəziyyət Kaliforniya ştatındadır. Yanvarın 7-də 583 nəfərin vəfat etdiyi açıqlanıb. Ştatda morq kimi istifadə olunmaq üçün 88 soyuducu avtofurqon yerləşdirilib.

Meksikada ölü sayı daha çoxdur

Los-Ancelesdə, Kaliforniyanın cənubunda xəstəxanalar artan xəstə sayının öhdəsindən gəlməyə çalışır.

Meksika və Braziliyada da yoluxma və ölü sayında yüksək rəqəmlər qeydə alınmaqdadır. Ekspertlər deyirlər ki, Meksikada çox az testlər aparılır və bu da rəqəmlərin daha çox olması deməkdir, yəni ölü sayı rəsmi bildirilən 180 mindən yuxarıdır.

Mexiko şəhərində xəstəxana çarpayılarının 89 faizinin dolduğu xəbər verilir. Ölkədə vaksinasiya da başlanıb, yanvarın 7-də 4 min 500-dək ilkin dozanın vurulduğu bildirilir

Dünən Braziliyada ölü sayı 200 mini keçib. Ölkə 365 mindən çox ölümün qeydə alındığı Birləşmiş Ştatlardan sonra ikinci yerdədir.

Dünya üzrə koronavirus pandemiyası 1.9 milyona yaxın şəxsin həyatına son qoyub, 88 milyon yoluxma təsdiqlənib.

Vaksinasiya gedir

Ekspertlər xəbərdarlıq edirlər ki, Braziliyada Milad və Yeni ildən sonra yoluxmalarda pik hədd hələ gəlməyib. Ancaq vaksinasiya artıq başlanıb.

Hökumət əssən Çin vaksinlərinin tədarükünün görür. “Sinovac Biotech” şirkətinin hazırladığı CoronaVac vaksininin 100 milyon dozasını almaq üçün razılaşmanı yekunlaşdırır.

Bu arada Cənubi Afrika tibb işçilərinə vurmağa 1.5 milyon doza AstraZeneca vaksini alacağını bəyan edib.

İspaniya da Miladdan sonra yoluxmalarda kəskin artımla üzləşdiyini bildirir.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə yoluxma sayı 2 milyonu keçib. Ümumilikdə 51 mindən çox xəstə vəfat edib.

Dekabrın 27-dən İspaniyada 207 min nəfərin peyvənd olunduğu bildirilir. 47 milyon əhalisi olan ölkə martın sonunadək 2.5 milyon nəfərə peyvənd vurulacağına ümid edir.

XS
SM
MD
LG