Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:04

Koronavirusdan ölüm hərbi itkiləri ötür


Arxiv fotosu
Arxiv fotosu

Bayden Birləşmiş Ştatlarda təsdiqlənmiş iki vaksinin 100 milyon dozasının prezidentliyinin ilk 100 günündə vurulacağını deyir, amerikalıları maska taxmağa çağırır

ABŞ Prezidenti Co Bayden yanvarın 20-də bir neçə fərman imzalamaqla hökumətin koronavirus pandemiyasına qarşı mübarizəsini canlandırıb.

Ölkədə virusdan ölənlərin sayı 405 min 400-ə çatıb ki, bu da 2-ci Dünya müharibəsində ABŞ-ın hərbi itkilərindən çoxdur.

Birləşmiş Ştatlarda yoluxmaların artması, vaksinlərin paylanmasında yubanma, yeni mutasiyaların Baydenin pandemiyanı cilovlamaq vədlərini əngəlləyəcəyi sarıdan narahatlıq var. Xəstəxanaya yerləşdirilənlərin sayı da həddən artıq çoxdur.

“Virusun ən sərt və ölümcül dönəminə daxil oluruq”, – Bayden andiçmə nitqində söyləyib.

Yeni qaydalar

İndiyədək hökumətin ştatlara 36 milyon doza vaksin göndərdiyi, bunun yalnız 16.1 milyonunun vurulduğu bildirilir. ABŞ əhalisi 330 milyon nəfərdir. Bir sıra ştatlarda vaksin tükənir.

Bayden Birləşmiş Ştatlarda təsdiqlənmiş iki vaksinin 100 milyon dozasının prezidentliyinin ilk 100 günündə vurulacağını deyir, amerikalıları maska taxmağa çağırır.

O, federal mülkiyyət ərzisində, o cümlədən federal işçilər üçün maskanı məcburi elan edib, virusla mübarizə üzrə Ağ evdə yeni işçi qrup yaradılır və ölkənin Dünya Səhiyyə Təşkilatından çıxması dayandırılır.

Virusun yeni variantı Britaniya, Braziliya və Cənubi Afrikada aşkarlanıb. Onun bir sıra ölkələrin yoluxmaları səngitməyə çalışdığı dönəmdə kəskin artıma səbəb olacağı sarıdan əndişələr var.

Yeni variantlar daha ölümcül deyillər, amma daha çox adam yoluxarsa, xəstəxanaların reanimasiya şöbələri yüklənə bilər.

Ötən həftə verilən açıqlamaya görə, Britaniyada tüğyan edən variant martadək Birləşmiş Ştatlarda da əsas ştamma çevrilə bilər.

Avropa Birliyi

Avropa Birliyi liderləri yanvarın 21-də video sammitdə koronovirusun yeni variantlarının yaratdığı təhdidi müzakirə edəcəklər.

Britaniyada yoluxmalarda artım AB daxilində hərəkət azadlığının müvəqqəti məhdudlaşdırılması ilə nəticələrə bilər.

Portuqaliyanın səhiyyə naziri deyir ki, ölkədə aşkarlanan yeni yoluxmaların 20 faizi Britaniyada tapılan yeni variantdır. Gələn həftəyə bu rəqəmin 60 faizə çata biləcəyi proqnozlaşdırılır.

Bu arada Avropa Birliyində vaksinasiya ləng gedir, BioNTech/Pfizer dozalarının çatdırılmasında, təchizatında problemlər olduğu deyilir.

Avropa Komissiyası BioNTech/Pfizer və Moderna vaksinlərindən başqa dərmanları da işə salmağı planlaşdırır. Avqustun sonunadək AB-də yetkin yaşlıların 70 faizinə peyvənd vurulması hədəf qoyulub.

Çin isə fevralda keçiriləm Yeni İl bayramı zamanı karantin qaydaları tətbiq etmək istəyir. Həmin vaxt yüzmilyonlarla insan doğma kəndlərinə üz tutur.

Pekində və ətrafında artıq milyonlarla sakin hazırda qapanma şəraitində yaşayır.

XS
SM
MD
LG