Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:47

Ömürdən kəsən pandemiya


Serbiyada vaksin məntəqəsi
Serbiyada vaksin məntəqəsi

Balkanlarda Şimali Makedoniya tibb işçilərinə peyvənd vurmağa başlayıb. 2.1 milyon əhalisi olan bu ölkəyə Serbiya 4 min 500 dozadan çox Pfizer​/BioNTech vaksini göndərib

Meksika Səhiyyə nazirinin müavini deyir ki, Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksini fevralın 20-cən ölkəyə gətiriləcək.

Huqo Lopes Qatel fevralın 17-də onu da bildirib ki, hökumət bu vaksindən 24 milyon doza almağa razılaşıb.

2 milyondan çox yoluxma...

Rusiya vaksininin təhlükəsizliyi və effekti sarıdan ilkin mərhələdə suallar vardı. Sonradan “The Lancet” tibb dərgisində dərc olunmuş araşdırmada Sputnik V-nin simptomatik COVID-19-a qarşı 91.6 faiz effektli olduğu bildirildi. Bu isə Qərbdə hazırlanmış vaksinlərlə demək olar eyni səviyyə deməkdir.

Hökumət rəsmiləri isə yoluxmaların real mənzərəsinin daha böyük olduğunu deyirlər, çünki bir çox uzaq regionlarda test aparılmır.

Dekabrda bu ölkədə tibb işçilərinə peyvənd vurulmağa başlanıb, Pfizer vaksinindən 726 min doza alınıb.

Artıq fevralın 17-dən 300-dən çox kiçik şəhər və kənddə yaşı 60-dan yuxarı olanlara peyvənd vurulmağa başlanıb. Meksika AstraZeneca vaksinindən 860 min doza, Çinin CanSino vaksinindən isə 2 milyon doza alıb.

Avropa

Avropada isə Mərkəzi Avropanın AB üzvü olan dörd ölkəsinin – Polşa, Çexiya, Macarıstan və Slovakiya liderləri görüşüblər. Vişeqrad adlanan qrup liderləri regionda pandemiya ilə mübarizə üçün vaksinlərin daha sürətli çatdırılmasını müzakirə ediblər. Fevralın 17-də Polşanın Krakov şəhərində keçirilən görüşdə liderlər bildiriblər ki, “geosiyasət”dən asılı olmayaraq onlar istehsalçılardan təhlükəsiz və effektli vaksin almağı dəstəkləyirlər.

Macarıstan Avropa Birliyində Rusiyanın Sputnik V vaksini vurulan ilk və yeganə ölkəsidir. Bu vaksin hələ Avropa Tibb Agentliyi tərəfindən təsdiqlənməyib.

“Şərq, yaxud Qərb vaksini yoxdur, yaxşı, yaxud pis vaksin var. İnsanların sağlamlığı məsələsində həddən artıq siyasi olmaq yaxşı deyil”, – Macarıstanın Baş naziri Viktor Orban deyib.

Balkanlarda Şimali Makedoniya tibb işçilərinə peyvənd vurmağa başlayıb. 2.1 milyon əhalisi olan bu ölkəyə Serbiya 4 min 500 dozadan çox Pfizer​/BioNTech vaksini göndərib.

Serbiya hökuməti fevralın 17-də Monteneqroya Rusiya istehsalı olan Sputnik V vaksinindən 2 min doza yollayıb.

Ömür qısalır

Bu arada ABŞ-ın milli səhiyyə institutu bildirib ki, pandemiya dövründə ömür uzunluğu bir il qısalıb. Bu, 2-ci Dünya müharibəsindən bəri ən böyük göstəricidir.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) bildirməsinə görə, ən böyük zərbə azlıqlara dəyib. Qaradərili amerikalıların ömür uzunluğu üç ilədək, latınamerikalılarda isə iki ilə yaxın qısalıb. Bu, fevralın 18-də açıqlanmış ilkin rəqəmlərdir.

“Bu, nəhəng azalmadır. Belə bir azalmanı görmək üçün geriyə, 2-ci Dünya müharibəsinə, 1940-cı illərə getməlisiniz”, – CDC-də statistikaya nəzarət edən Robert Anderson deyib.

Dünyada pandemiyadan ən böyük ziyanı Birləşmiş Ştatlar görüb, 27.8 milyon yoluxma və 490 mindən çox ölüm qeydə alınıb.

XS
SM
MD
LG