Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:30

Prezident xalqı Şuşadan təbrik edib


Prezident İlham Əliyevin Şuşadan Novruz bayramı təbriki, Şuşa, Cıdır düzü, 20 mart 2021
Prezident İlham Əliyevin Şuşadan Novruz bayramı təbriki, Şuşa, Cıdır düzü, 20 mart 2021

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə Novruz bayramı ilə bağlı tonqal alovlandırıblar.
Sonra dövlət başçısı xalqa müraciət edib.

“Əziz bacılar və qardaşlar, mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram!”, deyə o çıxışının əvvəlində qeyd edib.

Prezidentin vurğulamasına görə, bizim bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd etməyimiz tarixi hadisədir:

“ 2004-cü ildən başlayaraq (2003-cü ildən Azərbaycan prezidentidir), hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir.”

2004-cü ildən başlayaraq , hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi.

Prezident qeyd edib ki, Şuşaya düz 28 ildən sonra qayıdılıb.

“Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır”

Prezident İlham Əliyev, Şuşa, Cıdır düzü, 20 mart 2021
Prezident İlham Əliyev, Şuşa, Cıdır düzü, 20 mart 2021

“Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi...”

Prezident deyib ki, ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq.
Azərbaycanda bu gün, martın 20-i Novruz bayramı qeyd edilir.

İlham Əliyev ailəsi ilə Şuşada, Cıdır düzündə, 20 mart 2021
İlham Əliyev ailəsi ilə Şuşada, Cıdır düzündə, 20 mart 2021

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Şuşaşəhəri daxil), ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG