Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:59

Tramp özünün sosial platformasını yaratmaq istəyir


Donald Tramp
Donald Tramp

Twitter, Facebook Trampa zorakılığı qızışdırmağa görə qadağa qoyandan sonra siyasətçilərin və hökumət rəsmilərinin hesablarına münasibətləri diqqət mərkəzinə gəlib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iki-üç aya özünün sosial platformasını işə salmağı planlaşdırır. Onun aparıcı müşavirlərindən biri dünən – martın 21-də “Fox News”a bildirib.

Yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücumundan sonra Twitter, Facebook və digər sosial şəbəkələr Trampın hesablarını bağlayıb.

Keçmiş prezidentin 2020-ci il seçki kampaniyasının sözçüsü Ceyson Miller deyib ki, Tramp “oyunu tamamilə dəyişəcək” yeni platforma ilə sosial media məkanına yenidən daxil olacaq.

Miller əlavə açıqlama verməyib, Tramp Təşkilatının rəsmilərindən də əlavə şərh verən olmayıb.

Sosial şəbəkə qaydaları diqqət mərkəzində

Twitter ötən həftə bəyan edib ki, dünya liderlərinə nə zaman və necə qadağa qoymaqla bağlı ictimai rəyi öyrənəcək. Şirkət siyasətinə yenidən baxdığını, liderlərə digər istifadəçilərlə eyni qaydaların tətbiq olunub-olunmamasını nəzərdən keçirdiyini bəyan edib.

Twitter, Facebook Trampa zorakılığı qızışdırmağa görə qadağa qoyandan sonra siyasətçilərin və hökumət rəsmilərinin hesablarına münasibətləri diqqət mərkəzinə gəlib.

Yanvarda Trampa qeyri-müəyyən müddətə qadağa tətbiq etmiş Facebook müstəqil nəzarət qurumundan xahiş edib ki, qadağanın qalıb-qalmaması məsələsinə baxsın.

Mühafizəkarların arqumentinə görə, sosial media şirkətləri, özəlliklə Twitter onlara qarşı qərəzli davranır.

Parler daha az qadağa qoymaqla istifadəçiləri cəlb etməyə çalışdı, mühafizəkarlar da Twitter-ə alternativ tapdıqlarını düşündülər. Di gəl, “Amazon Web Services” bu tətbiqin veb hostinqini bağladı. Apple və Google daha öncə onu öz mobil əpp mağazalarından çıxarmışdı.

XS
SM
MD
LG