Hər 10 şirkətdən biri xarici kapitallıdır
Bu ilin əvvəlinə olan rəsmi bilgiyə görə, Azərbaycanda 155 min 435 hüquqi şəxs fəaliyyət göstərir. Həmin şirkətlərin 15 min 325-i, yəni təxminən 10 faizi xarici investisiyalıdır. Bunların da 12 min 309-u (80 faizi) tam xarici investisiyayla çalışır, qalan 3 min 16-sı isə birgə qurumdur. Ötən il xarici kapitallı şirkət sayı 1 min 310 ədəd və ya 9 faiz artıb. Daha bir il öncə bu göstərici təxminən dörd dəfə çox - 34 faiz idi.
Ölkədə fəaliyyət göstərən hər beş xarici investisiyalı şirkətdən biri Türkiyə kapitallıdır.
Azərbaycanda qeydiyyatdan keçən xarici müəssisələrin sayı
(2021-ci il yanvarın 1-nə olan bilgi)
Ölkə |
Azərbaycanda qeydiyyatdan keçmiş müəssisələrin sayı |
Türkiyə |
3 min 310 |
İran |
1 min 594 |
Rusiya |
705 |
Böyük Britaniya |
628 |
ABŞ |
261 |
Almaniya |
169 |
Digər ölkələr |
8 min 658 |
Toplam |
15 min 325 |
Hər üç əcnəbi işçidən biri Türkiyə vətəndaşıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uyğun statistikasından aydın olur ki, indi Azərbaycanda 110 ölkədən gəlmiş 12 min 366 əcnəbi vətəndaş əmək müqaviləsiylə fəaliyyət göstərir. Hüquqi şəxslərdə olduğu kimi, əcnəbi vətəndaşların sayına görə də lider Türkiyədir. Ölkədə əmək müqaviləsi ilə çalışan əcnəbilərin üçdə biri Türkiyə vətəndaşıdır.
Müvafiq ölkələr üzrə Azərbaycanda əmək müqaviləsiylə çalışan əcnəbi sayı
Ölkə |
Əmək müqaviləsiylə çalışan işçilərin sayı |
Türkiyə |
3 min 890 |
Gürcüstan |
2 min 373 |
Rusiya |
1 min 480 |
İran |
795 |
Ukrayna |
390 |
Pakistan |
361 |
Hindistan |
355 |
Böyük Britaniya |
306 |
Qazaxıstan |
249 |
Digər |
2 min 167 |
Toplam |
12 min 366 |
Azərbaycanda, azı, 118 min əcnəbi yaşayır
Pandemiya ilində Azərbaycanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı təxminən 4 faiz azalıb. Dövlət Miqrasiya Xidmətinin ilin əvvəlinə olan göstəricilərinə görə, hazırda Azərbaycanda 118 min 409 əcnəbi yaşayır. Bu siyahıda liderlik Rusiyaya məxsusdur. (38 faiz) Ölkədə yaşayan bütün əcnəbilərin 70 faizi Rusiya və Gürcüstan vətəndaşlarıdır, ancaq onların da çoxu həmin ölkələrin vətəndaşları olan etnik Azərbaycanlılardır.
Müvafiq ölkələr üzrə Azərbaycanda yaşayan əcnəbilərin sayı
Ölkə |
Azərbaycanda yaşayan əcnəbilərin sayı |
Rusiya |
44 min 805 |
Gürcüstan |
38 min 698 |
Türkiyə |
11 min 293 |
Ukrayna |
4 min 145 |
İran |
2 min 662 |
Digər |
16 min 806 |
Cəmi |
118 min 409 |
Bütün xarici investisiyaların dörddə biri Böyük Britaniyadandır
Dövlət Statistika Komitəsinin Azərbaycana qoyulan xarici investisiyalarla bağlı sonuncu hesabatı 2019-cu ildəki məlumatları əhatə edir. Həmin göstəricilərə görə, Azərbaycana ən çox xarici sərmayə yatıran ölkə Böyük Britaniyadır. Ölkəyə yatırılan bütün xarici investisiyaların təxminən dörddə biri bu ölkənin payına düşür. Ümumiyyətlə, Böyük Britaniya Statistika Komitəsinin xarici investisiyalarla bağlı məlumatları dərc etdiyi müddətdən – 2002-ci ildən bəri bu ölkə hər il sözügedən sahədə lider olmağı bacarıb. Hətta 2003-2011-ci illərdə Azərbaycana yatırılan xarici kapitalın, demək olar, tən yarısı məhz bu ölkəyə məxsus olub.
Azərbaycana ən çox xarici investisiya yatıran ölkələr
Ölkə |
|
| |
İnvestisiya məbləği (manat) |
ümumi həcmdə çəkisi (faizlə) | ||
Böyük Britaniya |
1 milyard 403 milyon |
24,7 | |
Lüksemburq |
778 milyon |
13,7 | |
Türkiyə |
503 milyon |
8,9 | |
ABŞ |
412 milyon |
7,3 | |
İsveçrə |
368 milyon |
6,5 | |
Yaponiya |
338 milyon |
6,0 | |
Malayziya |
290 milyon |
5,1 | |
Norveç |
183 milyon |
3,2 | |
Fransa |
145 milyon |
2,5 | |
İran |
187 milyon |
3,3 | |
Rusiya |
187 milyon |
3,3 |