Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:43

ABŞ Belarus dövlət şirkətlərinin lisenziyalarını uzatmaya bilər


Ötən yay keçirilən etiraz aksiyalarında Belsrus dövlət şirkətlərinin işçiləri də Alyaksand Lukaşenkanın istefasını tələb edirdilər
Ötən yay keçirilən etiraz aksiyalarında Belsrus dövlət şirkətlərinin işçiləri də Alyaksand Lukaşenkanın istefasını tələb edirdilər

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays martın 31-də bəyan edib ki, Dövlət Departamenti Belarusun 9 dövlət şirkəti ilə hesablaşmalara icazə verən baş lisenziyanın təzələnməməsini tövsiyə edəcək.

Brifinqdə çıxış edən Prays deyib ki, Belarisda insan haqlarının vəziyyəti pisləşib.

O əlavə edib ki, bu, müstəqil Belarusun tarixində ən pis zamandır.

ABŞ-ın Maliyyə Nazirliyi Belarusun 9 dövlət şirkəti üçün lisenziyaları ilk dəfə 2015-ci ildə vermişdi.

Bu şirkətlərin arasında Qrodno Azot kimi nəhəng gübrə kompleksi və Naftan neftayırma zavodu var.

Lisenziyaların müddəti hər il Belarusda insan haqlarının vəziyyətinə və siyasi məhbusların azad edilməsinə cavab olaraq uzadılırdı.

ABŞ Maliyyə Nazirliyinin baş lisenziyaları olmadan Belarus şirkətləri ilə hər hansı valyuta hesablaşmaları mümkün deyil.

Lakin hazırda Belarusda 300-dən çox siyasi məhbus var.

Prays deyib ki, belə bir şəraitdə Dövlət Departamenti lisenziya müddətlərinin uzadılmasını tövsiyə edə bilməz.

ABŞ Dövlət Departamenti öz tövsiyələrini Maliyyə Nazirliyinə təqdim edib və nazirlik öz növbəsində lisenziyaların təzələnib-təzələnməyəcəyi məsələsini nəzərdən keçirəcək.

Prays deyib ki, o lisenziya müddətinin uzadılmayacağına ümid edir.

Lisenziya istəyirsə, məhbusları azad etsin

Prays bildirib ki, lisenziyaların müddəti aprelin 26-da bitir, amma Dövlət Departamentinin tövsiyəsi Belarusun davranışına müvafiq olaraq dəyişə bilər.

Onun sözlərinə görə, indiki halda Belarus lisenziyaların uzadılmasını istəyirsə, “hakimiyyətdən narazılığını dinc şəkildə bildirdiyinə və ya seçkidə iştirak etmək cəhdinə görə qanunsuz olaraq məhbus edilənləri” dərhal həbxanadan buraxmalıdır.

Prays eyni zamanda Belarus hakimiyyətini insanlara qarşı zorakılıqlara son qoymağa və siyasi müxalifətlə azad seçki ilə nəticələnəcək məzmunlu dialoq keçirməyə çağırıb.

Sözçü bildirib ki, Birləşmiş Ştatlar Belarusu uğurlu, müstəqil, firavan və demokratik ölkə kimi görmək istəyir:

"2020-ci ilin fırıldaqçı seçkisi ətrafında baş verənlər, zorakılıqlar və repressiv taktika görməməzliyə vurula bilməz".

Belarusda ötən ilin avqustunda keçirilmiş prezident seçkisində Alyaksandr Lukaşenka qalib elan ediləndən sonra aylarla davam edən etiraz aksiyaları keçirilib.

Hakimiyyət aksiyalara zorakı reaksiya göstərərək minlərlə insanı həbsxanalara atıb.

Ölkə müxalifətinin liderləri ya həbsxanadadırlar, ya da xaricə qaçmağa məcbur ediliblər.

XS
SM
MD
LG