Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:00

Merkel Qarabağ və ərazi bütövlüyündən danışıb


Angela Merkel
Angela Merkel

Almaniya kansleri Angela Merkel aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının açılışında geniş proqram çıxışı edib.

Videobağlantı ilə danışan Merkel çıxışının böyük bir qismini Avropa dəyərlərinə, bu dəyərlərin bütün dünya üçün əhəmiyyətinə həsr edib.

Almaniya kansleri çıxışında həm də regionda sülh və onun problemlərindən söz açıb.

O deyib ki, Belarusda, Ukraynanın şərqində və Krımda, Dnestryanıda, Cənubi Osetiyada, Abxaziyada, Dağlıq Qarabağda, habelə Suriya və Liviyada vəziyyət son dərəcə narahtedicidir:

“Biz hər yerdə təkcə ifadə azadlığı və mətbuat azadlığı yox, həm də insan haqları və təməl haqların sarsıldığını görürük”.

Merkel habelə vurğulayıb ki, başqa ölkələrdə insan haqlarının vəziyyətinə qiymət verən Avropa ölkələri təməl dəyərlərin və insan haqlarının onların özlərində necə qorunduğuna diqqət yetirməlidirlər.

Dövlətlərin ərazi bütövlüyü şübhə altına alınanda

Almaniya kansleri çıxışında Avropa İnsan Hüquqları Məhkəməsindən, qadın hüquqlarından və qanunun aliliyindən bəhs edib.

O bildirib ki, qanunun aliliyi prinsipi həm də beynəlxalq qanunlara şamil edilir:

“Qanunlara əsaslanan nizam həm də dinc yanaşı yaşama üçün zəruri ön şərtdir. Bizim ortaq təməl dəyərlərimizin ziddinə olaraq dövlətlərin suverenliyi və ərazi bütövlüyü sual altına alınanda və buna etimadsızlıq göstəriləndə, biz Krım və Dağlıq Qarabağ kimi hadisələrlə üzləşirik”.

Xanım Merkel vurğulayıb ki, əgər Avropa təsisatlarının hamısı həmrəy olarsa, Avropa Şurası bu kimi problemlərin həllində mühüm rol oynaya bilər.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, AŞPA-nın yaz sissyasında habelə "Azərbaycanda saxlanan hərbi əsirlərin” məsələsi müzakirə olunacaq.

XS
SM
MD
LG