Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:36

Bolqarıstan Rusiyanın daha bir diplomatını qovur


Bolqarıstanın xarici işlər naziri Yekaterina Zahariyeva
Bolqarıstanın xarici işlər naziri Yekaterina Zahariyeva

Bolqarıstan bildirib ki, daha bir Rusiya diplomatını ölkədən çıxaracaq.

Bolqarıstan hakimiyyət orqanları 10 il əvvəl ölkənin 4 silah-sursat anbarında baş vermiş partlayışlara görə 6 Rusiya vətəndaşından şübhələndiyini bildirmişdi.

Bolqarıstan XİN-in aprelin 29-da verdiyi bəyanatda deyilir ki, daha bir Rusiya diplomatı “persona non grata” elan edilir.

Bəyanatda bildirilir ki, Bolqarıstan Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarından sözü gedən partlayışların araşdırılmasına tam dəstək vermələrini rica edib.

Xəbər verilir ki, xarici işlər naziri Yekaterina Zahariyeva Rusiyanın Sofiyadakı səfiri ilə “geniş və ciddi söhbət” edib.

Bəyanatda bu da deyilir ki, Bolqarıstan Rusiya ilə qarşılıqlı faydalı münasibətlər istəyir və elə buna görə də sözü gedən insidentlərin təhqiqatında Moskvadan dəstək istəyir.

Bütün bu insidentlərlə hər hansı əlasəsini qəti inkar edən Moskva bildirib ki, Bolqarıstanın demarşına cavab verəcək.

Peskov: “Belə hərəkətlər cavabsız qalmır”

Bolqarıstanın hakimiyyət orqanları ölkədə 2011 və 2020-ci illər arasında 4 silah-sursat anbarında baş vermiş partlayışlarla bağlı 6 Rusiya vətəndaşı barəsində istintaq hərəkətlərinə başlayıb.

Baş Prokurorluğun sözçüsü Siika Mileva aprelin 28-də belə bir məlumat verib:

"İndiyədək toplanmış sübutlardan böyük etibarlılıq dərəcəsi ilə belə bir nəticəyə gəlmək olar ki, Rusiya vətəndaşlarının hərəkətlərindən məqsəd Gürcüstan və Ukraynaya xüsusi yüklərin göndərilməsinin qarşısını almaq olub”.

Sözçü habelə deyib ki, bu insidentlərin bolqar silah taciri Emilian Gebrevin 2015-ci ildə az qala ölümcül zəhərlənməsi və 2014-cü ildə Çexiya silah anbarında baş vermiş partlayışla əlaqəsi olduğuna dair "ağlabatan ehtimal” mövcuddur:

Kremlin sözçüsü Dmitri Peskov aprelin 29-da Çexiya və Bolqarıstanın “qeyri-məqbul və qızışdırcı” hərəkətlərini pisləyib.

O deyib ki, belə hərəkətlər cavabsız qalmır.

XS
SM
MD
LG