Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:07

Navalnının fondunun vəkili saxlanıb


İvan Pavlov
İvan Pavlov

Navalnının regional seçki kampaniyası ofisləri ölkənin maliyyə tənzimləyicisi tərəfindən “terrorçuluq və ekstremizm” siyahısına salınıb

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnının Antikorrupsiya Fondunun (FBK) vəkili İvan Pavlov saxlanıb. Onun hazırda gedən istintaqla bağlı gizli informasiya ötürdüyü iddia olunur.



Evlərdə axtarış aparılıb

Pavlovun başçısı olduğu Komanda 29 hüquqşünaslar qrupu Telegram-da yazıb ki, Federal Təhlükəsizlik Xidməti (FSB) vəkilin Moskvada qaldığı oteldə axtarış aparandan sonra o saxlanıb. Qrupun İT mütəxəssisi İqor Dorfmanın Sankt Peterburqdakı evində də axtarış aparılıb.

Komanda 29-un aprelin 30-da yazdığı tvitdə deyilir ki, Sankt Peterburq polisi qrupun ofislərində və İvanovun həyat yoldaşının mənzilində axtarış aparıb.

Pavlovun həmkarları onun hazırda gedən istintaqla əlaqədar gizli informasiyanı yaymaqda suçlandığını bildirirlər, buna görə üç ayadək həbs cəzası kəsilə bilər.

Pavlov və komandası dövlətə xəyanət, casusluq, dövlət təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşıb.

Safronov işi

Komandanın Twitter-də yazmasına görə, axtarışlar onun müştərilərundən biri – keçmiş jurnalist İvan Safronov işilə bağlıdır. O dövlətə xəyanətdə ittiham olunur. Safronov və tərəfdarları ittihamı rədd edərək siyasi motivli hesab edir.

İvanov saxlandığından aprelin 30-da Safronovun məhkəməsinə qatıla bilməyib. Keçmiş jurnalist barəsində həbs qətimkan tədbiri iyulun 7-dək uzadılıb. Həmin gün onun həbsinin bir ili tamam olur. Safronovun Rusiyanın Yaxın Şərqdə silah satışı haqda Çexiya Respublikasına gizli informasiya ötürdüyü bildirilir.

İnsan haqları təşkilatları Safronovun azadlığa buraxılmasını tələb ediblər.

Aprelin 29-da Pavlov Moskva məhkəməsində FBK-nı təmsil edib. Prokurorlar qrupun ekstremist sayılması üzrə vəsatət qaldırıblar.


Navalnının regional ofisləri “terrorçu və ekstremist” siyahısında

Navalnının regional seçki kampaniyası ofisləri ölkənin maliyyə tənzimləyicisi tərəfindən “terrorçuluq və ekstremizm” siyahısına salınıb.

“Rosfinmonitorinq” aprelin 30-da yenilənmiş siyahısını açıqlayıb. Bir gün öncə isə Navalnının regional ofis şəbəkəsi buraxılmışdı.

Şəbəkənin başçısı Leonid Volkov bir gün öncə deyirdi ki, qrupa təzyiqlər onun fəaliyyətini “qeyri-mümkün” edir və əməliyyatların dayandırıldığını açıqlayıb.

XS
SM
MD
LG