Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:00

Lukaşenkaya qarşı ‘işgəncə’ iddiası qaldırıldı


Lukaşenka Pasxa ibadəti zamanı kilsədə, 2 may, 2021-ci il
Lukaşenka Pasxa ibadəti zamanı kilsədə, 2 may, 2021-ci il

Vəkillərin deməsinə görə, nə Lukaşenka, nə də onun təhlükəsizlik məmurları saxlananlara qarşı aşırı gücdən istifadə və işgəncəyə görə Belarusda hüquqi nəticələrlə üzləşir

Almaniyada vəkillər 10 belaruslunun adından ölkənin avtoritar lideri Alyaksandr Lukaşenkaya qarşı bəşəriyyət əleyhinə cinayətlər iddiası üzrə şikayət təqdim edib.

Universal yurisdiksiya

“İşgəncə qurbanları” adından çıxış etdiklərini deyən vəkillər mayın 5-də bildiriblər ki, Almaniyanın Karlsrue şəhərində Lukaşenka və “Belarusun digər təhlükəsizlik rəsmiləri”nə qarşı federal orqanlarda iddia qaldırıblar.

Vəkillərin deməsinə görə, nə Lukaşenka, nə də onun təhlükəsizlik məmurları saxlananlara qarşı aşırı gücdən istifadə və işgəncəyə görə Belarusda hüquqi nəticələrlə üzləşir. Buna görə də onlar Almaniyanı iddia olunan cinayətlər üzrə müstəqil araşdırma aparmağa səsləyiblər.

Vəkillər hətta digər ölkələrin ərazisində törədilsə belə, beynəlxalq qanunvericiliyi pozan cinayətlərə görə kriminal təqibi mümkün edən universal yurisdiksiyaya istinad ediblər. Yəni, iddianın Belarusdan kənarda qaldırılmasını belə əsaslandırıblar.

“Ümumiyyətlə, hakimiyyətin hərəkətli yalnız qəddar adlandırıla bilər”, – vəkillər bəyanatda bildirirlər.

“Rejimin terrorçu təşkilat kimi tanınması...”

1994-cü ildən Belarusu idarə edən 66 yaşlı Lukaşenka 2020-ci il 9 avqust seçkisinin qalibi elan edilib. O vaxtdan onun istefası, yeni seçkilər keçirilməsi tələbiylə gündəlik etirazlar keçirilir.

Müxalifət seçkinin saxtalaşdırıldığını deyir, Qərb isə Lukaşenkanı Belarusun legitim lideri kimi tanımaqdan imtina edib.

Təhlükəsizlik işçiləri nümayişçilərə divan tutub, jurnalistlər daxil olmaqla minlərlə saxlanan olub, müxalifətin aparıcı fiqurları ölkədən çıxmağa məcbur qalıb.

Bir neçə etirazçı öldürülüb. Bəzi insan haqları təşkilatları saxlananlara işgəncə verilməsinə dair etibarlı dəlil olduğunu deyirlər.

“Bu, rejimin bütün fəsadları ilə birlikdə terrorçu təşkilat kimi tanınması yönündə ilk addımdır”, – Almaniyanın “Deutsche Welle” radiosu bu ölkədəki Belarus diasporunun təmsilçisinə istinadla bildirir.

XS
SM
MD
LG