Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Pandemiyanın daha bir fəsadı – uşaqlar kökəlir


Arxiv fotosu
Arxiv fotosu

DST Hindistanda yoluxma sayını fəlakətli həddə çatdırmış B.1.617 ştammını “problemli variant” adlandırıb. Bu ştammın daha asanlıqla yayıldığı bildirilir

Aylardır davam edən koronavirus qadağaları uşaqlar arasında piylənməni artırır ki, bunun da uşaqların səhhətinə uzunmüddətli təsiri ola bilər. Belə bir xəbərdarlıqla Dünya Səhiyyə Təşkilatı (DST) çıxış edib.

DST-nin Avropa ofisinin mayın 11-də yaydığı hesabatda deyilir ki, məktəblərin bağlanmasının, fəaliyyətə qadağaların uşaqların qidalanması və fiziki hərəkətliliyinə mənfi təsiri ola bilər.

“COVID-19 DST-nin Avropa regionunda ən narahatedici tendensiyaları gücləndirə – uşaqlarda piylənməni artıra bilər”, – qurumun Avropa üzrə regional direktoru Hanz Kluge deyib.

COVID-19-un daha ağır simptomları piylənmə, artıq çəki ilə əlaqələndirilir. Virusu ağır keçirməyin digər səbəbləri kimi ürək-damar xəstəlikləri, diabet və xərçəng göstərilir.

Pandemiyanın ən pis dövrü geri qalsa da...

Regionun 36 ölkəsində aparılmış sorğuya görə, 6-9 yaşlıların üçdə birinin çəkisi normadan artıqdır.

Bu arada Birləşmiş Ştatlar və Avropada saysız araşdırmalar pandemiya qadağaları və lokdaunların böyüklərin də kökəlməsinə səbəb olduğunu ortaya qoyub. Beləliklə, bəzi ölkələr pandemiyanın ən pis dövründən çıxdıqca yeni səhiyyə problemləri ilə üzləşiblər.

Avropa Birliyində bir çox ölkələr təkrar açılıma gedir. Çünki vaksinasiya artıq böyüklərin üçdə birini əhatələyir, COVID-19 yoluxmaları isə azalmaqdadır.

Mayın 10-dan Çexiya Respublikası bir çox qadağaları qaldırıb. Əhali ticarət mərkəzlərinə, aylarla bağlı qalmış digər xidmət obyektlərinə üz tutub. İbtidai məktəblər də sərt şərtlər altında fəaliyyətə başlayıb.

Britaniyada gələn həftədən pablar və restoranlarda qapalı yerlərdə xidmətə icazə veriləcək.

İrlandiyada ölkəiçi səyahətə icazə verilib. Yunanıstanda isə körpələr evləri, ibtidai və orta məktəblər açılıb.

“Problemli variant”

DST Hindistanda yoluxma sayını fəlakətli həddə çatdırmış B.1.617 ştammını “problemli variant” adlandırıb. Bu ştammın daha asanlıqla yayıldığı bildirilir.

“B.1.617-nin yoluxuculuğunun artmasına dair informasiya var”, – DST-nin Covid-19 üzrə rəsmisi Maria Van Kerkhove mayın 10-da jurnalistlərə deyib.

Onun sözlərinə görə, bəzi kiçik miqyaslı araşdırmalar anticismlərin B.1.617 ştammına daha az təsir göstərdiyini üzə çıxarıb. Bu isə həmin variantın vaksinlərə daha dözümlü ola biləcəyi deməkdir.

Ancaq DST qeyd edir ki, vaksinlərin bu ştamma qarşı təsirsiz olduğunu deməkdən ötrü çox tezdir.

“Mövcud dataya əsasən demək olar ki, COVID-19 vaksinləri bu ştamma yoluxmuş şəxslərdə xəstəliyin və ölümün qarşısını almaqda effektlidir”, – qurum bildirir.

XS
SM
MD
LG