Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:25

Ermənistan: ‘Azərbaycan əsgərlərinin yalnız bir hissəsi ölkədən çıxıb’ (Video)


Ermənistan əsgərləri Azərbaycanla sərhəddə
Ermənistan əsgərləri Azərbaycanla sərhəddə

Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə Azərbaycan hərbçilərinin bir hissəsi mayın 16-da keçşirilmiş son danışqılardan sonra, axşam saatların “Ermənistan ərazisini tərk edib”.

Nazilrlik bu barədə məlumatı mayın 19-da AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna verib.

Nazirlyiiun nümayəndəsi güman etdiyini bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin mayın 19-da verdiyini bəyanatda həmin hadisə nəzərdə tutulub.

İnterfax agentliyinin verdiyi xəbərə görə mayın 19-da KTMT-nin baş katibi Stansilav Zas Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənsitan arasında başlanmış danışqıları alqışlayır.

Ermənistan Müdafiə Nazirliyinin bildirdiyinə görə iki ölkənin sərhədində vəziyyət dəyişməz olaraq qalır və sərhədi keçmiş Azərbaycan hərbçiləri bütüm üç istiqamətdə hələ də Ermənsitanın ərzisindədirlər.

Azatutyun yazır ki, Müdafiə Nazirliyi Azərbaycan əsgərlərinin sayı barədə məlumat vermir.

Azərbaycanlı alim Ermənistanla xəritə mübahisəsinə aydınlıq gətirir
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

KTMT vəziyyəti “diqqət və həyəcanla” izləyir

Hələ mayın 13-də Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan demişdi ki, Syunik və Geqarkunik vilayətlərinin ərazisində 250-dək Azərbaycan hərbçisi var.

Azatutyun yazır ki, Ermənistan hələ 6 gün bundan əvvəl Azərbaycan əsgərlərinin ölkə ərazisinə daxil olması ilə əlaqədar KTMT-yə müraciət etmişdi.

Yerevan KTMT-dən “Azərbaycanın hərbi təhdidinə” qarşı tədbir görülməsini xahiş edirdi.

Lakin KTMT mayın 19-da təşklilata daxil ölkələrin xarici işlər nazirlərinin iclasında kiçik məlumat verməklə kifayətlənib:

“KTMT-də Ermənistanın Syunik vilayətinin həmsərhəd rayonlarında baş verənləri həyəcanla və diqqətlə izləyirlər. Biz bu vəziyyətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icra olunmasına alternativ olmadığını qeyd edirik”.

Həmin iclasda çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov demişdi ki, Moskva sərhədin delimitasiya və demarkasiyasında hər iki tərəfə dəstək verməyə hazırdır.

“Azərbaycan üçtərəfli bəyanatı pozmaq istəyir”

Azatutyunun yazdığına görə Nikol Paşinyan mayın 19-da keçirilən hökumət müşavirəsində bir daha bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin hissələri Ermənistan ərazisini tərk etməlidir.

Baş nazir əvəzi bunu da bildirib ki, Azərbaycan əsgərləri Ermənistan ərazisindən çıxmadan “delimatasiya və demarkasiya söhbətləri yersizdir”. Paşinyan bu barədə deyib:

“Əlbəttə bizim silahlı qüvvələrimiz taktiki xarakterli hərəkətlər edir və bizim mövqeymiz belədir ki, bu vəziyyət diplomatik, dinc yollarla tənzimlənməlidir. Bu bizim ümdə yanaşma və məqsədimizdir”.

Rusiya Azərbaycanla Ermənistana vasitəçilik təklif edib
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Paşinyan bunu da deyib ki, Ermənistanın KTMT ilə məsləhətləşmələri davam etdirilir:

“Biz beynəlxalq birliyin yaranmış vəziyyət haqqında məlumatlandırılması və Azərbaycana beynəlxalq təzyiqin artırılması sahəsində diplomatik səylərimizi davam etdirəcəyik. Təbii ki, biz strateji partnyorumuz Rusiya Federasiyası ilə işimizi də davam etdirəcəyik”.

Paşinyan Azərbaycanın hərəkətlərini “destruktiv” adlandırıb. Onun sözlərinə görə Azərbaycan bu hərəkətləri ilə 9 noyabr 2020 və 11 yanvar 2021-ci il bəyantlarının icrasını pozmaq istəyir:

“Ümumilikdə bizdə belə bir təəssürat yaranıb ki, Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin başçılığı ilə üçtərəfli komissiya xeyli effektiv və konstruktiv iş görüb və indi bu işin icrası barədə düşünmək qalır. Qəribədir ki, bu təxribat məhz belə bir mərhələdə baş verir”.

“Dəhliz məntiqi”

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Paşinyan vurğulayıb ki, regionda kommunikasiyaların açılması Ermənistan üçün nəinki məqbulduir, bu hətta Yerevan üçün mühüm prioritetdir:

“Çünki əldə etdiyimiz razılaşmalara görə Ermənistanın İran İslam Respublikası ilə dəmiryolu əlaqəsi yaranacaq. Əlbəttə, Azərbaycan da Naxçıvanla dəmiryolu əlaqəsi əldə edəcək. Söhbət əlbəttə ki, yük daşımalarından gedir. Gələcəkdə, əgər vəziyyət düzəlsə, bu istiqamətlərdə sərnişin daşımaları haqda da düşünmək olar”.

Paşinyan vurğulayıb ki, onun hökuməti regionda kommunikasiyaların açılması istiqamətində ardıcıl işləyəcək.

Lakin o əlavə edib ki, Ermənistan heç nəyi “dəhliz məntiqi” ilə müzakirə etməyib, etmir və heç vaxt etməyəcək.

XS
SM
MD
LG