Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:45

Sorğu rekordu: Rusiyalıların 60 faizi Stalinə müsbət yanaşır


Stalin
Stalin

Rusiyalıların 60 faizi İosif Stalini müsbət qiymətləndirir.

Moskvadadakı Levada ictimai rəyi oyrənmə mərkəzinin sorğusu belə bir nəticəyə gəlib.

Bu 60 faizdən 45 faizi Stalinə hörmətlə, 10 faizi rəğbətlə, 5 faizi isə heyranlıqla yanaşır.

Sosioloqlar bildirirlər ki, bu, indiyədək keçirilmiş sorğulardakından daha yüksək göstəricidir.

Levada Stalinlə bağlı sorğuları 2001-ci ildən aparır.

Bu da vurğulanır ki, rəyi soruşulanların yalnız 11 faizi keçmiş SSRİ-nin keçmiş rəhbərinə mənfi münasibət bəsləyir.

Bunlardan 5 faizinin Stalindən xoşu gəlmir, 4 faizi onun şəxsiyyətinə qorxu ilə və 2 faizi ikrah hissi ilə yanaşır.

Respondentlərin 28 faizi Stalinin şəxsiyyətinə biganə olduğunu bildirib.

Levada mərkəzinin bundan əvvəl keçirdiyi sorğudan məlum olmuşdu kii, respondentlərin 83 faizi Rusiyanın düşmənləri olduğuna inandığını bildirib.

“Ecazkar gürcü”

İyunun 23-də Moskva şəhər icra hakimiyyəti Qorki adına akademik dram teatrının afişalarının şəhər boyunca pulsuz yerləşdirilməsinə icazə verib.

“Ecazkar gürcü” adlı tamaşanın afişasında İosif Stalinin böyük portreti var.

Moskva hökuməti bu icazəni tamaşanın “böyük ictimai əhəmiyyəti” ilə izah edib.

Qeyri-hökumət Yuri Levada mərkəzi sosial və marketinq sorğuları keçirir.

Mərkəz 2016-cı ildən hökumət tərəfindən “xarici agent” elan edilib. Təşkilatda bu qərarla razılaşmırlar.

Rusiya iqtidarı Levada mərkəzinin sorğularından daim narazı qalır. Bu sorğuların nəticələri dövlət sorğu qurumlarının nəticələrindən əsaslı şəkildə fəqrlənir.

XS
SM
MD
LG