Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:50

Taliban Orta Asiya ölkələrinə təhdid yaratmadığını deyir


Əfqanıstanın təhlükəsizlik qüvvələri, 9 iyul, 2021-ci il
Əfqanıstanın təhlükəsizlik qüvvələri, 9 iyul, 2021-ci il

Talibanla danışıqları Kremlin Əfqanıstan üzrə xüsusi elçisi Zamir Kabulov aparıb

İyulun 8-də Moskvaya səfər edən Taliban təmsilçiləri Əfqanıstanda son dövrlər əldə etdikləri uğurların Rusiya, yaxud Orta Asiyaya təhdid yaratmadığını deyiblər.

ABŞ qüvvələri ölkədən çıxdıqca Taliban döyüşçüləri Əfqanıstanın şimalında böyük ərazilər ələ keçirir.

Moskvanın əndişəsi

Nəticədə son bir həftədə yüzlərlə əfqan əsgər Rusiya hərbi bazasının yerləşdiyi Tacikistana qaçıb. Üstəlik, qaçqın axını təhlükəsi yaranıb.

Tacikistan münaqişənin öz ərazisinə keçəcəyindən ehtiyatlanaraq sərhədə əlavə 20 min əsgər yerləşdirib.

Özbəkistan və Türkmənistanla sərhəddə yerləşən əfqan rayonları da silahlıların əlinə keçib. Bu isə Moskvanın öz həyəti hesab etdiyi rayonda sabitsizliklə bağlı əndişələrini artırıb.

Tacikistanın üzv olduğu, Rusiyanın başçılıq etdiyi KTMT hərbi alyansının iyulun 8-də bildirməsinə görə, Tacikistan-Əfqanıstan sərhədində vəziyyət pisləşərsə, səfərbər ola bilər.

Talibanın təminatı

Talibanla danışıqları Kremlin Əfqanıstan üzrə xüsusi elçisi Zamir Kabulov aparıb. O, islamçı qrupu münaqişənin Əfqanıstan sərhədlərindən kənara sıçramasını önləməyə çağırıb.

“Taliban bizi əmin elədi ki, Orta Asiya ölkələrinin sərhədlərini pozmayacaqlar. Əfqanıstanda xarici diplomatik və konsulluq missiyalarının təhlükəsizliyinə də təminat verdilər”, – Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Talibanın siyasi ofisinin sözçüsü Suhail Şahinin deməsinə görə, nümayəndə heyəti narkotik qaçaqçılığını önləməyi müzakirə edib, nəzarətlərində olan ərazidən qonşuları təhdid etmək üçün istifadə olunmayacağını bildirib.

O əlavə edib ki, Talibanı nəzarətindəki bütün sərhəd keçid məntəqələri açıq qalacaq, döyüşçülər diplomatik missiyaları və qeyri-hökumət təşkilatlarını hədəfə almayacaq.

XS
SM
MD
LG