Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:44

Merkel:Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm


Almaniya kansleri Merkel
Almaniya kansleri Merkel

Amma Angela Merkel Türkiyənin Avropa Birliyi ilə razılaşma şərçivəsində Suriyadan daha çox qaçqın qəbul etməsini tərifləyib və qeyd edib ki, Ankara ilə yaxın əlaqələrin tərəfdarıdır.

Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyi ilə razılaşma şərçivəsində Suriyadan daha çox qaçqın qəbul etməsini tərifləyib və qeyd edib ki, Ankara ilə yaxın əlaqələrin tərəfdarıdır.

Reütersin məlumatına görə, Angela bunu iyulun 22-də keçirdiyi mətbuat konfransında bəyan edib.

“Türkiyə Suriya qaçqınlarına yardım məsələsində möhtəşəm iş görür.Miqrant məsələsi ilə bağlı Türkiyə ilə razılaşmanın davam etdirilməsini istərdim. Bu insanların xeyrinədir”

Amma Merkel qeyd edib ki, Türkiyəni Avropa Birliyinə üzvlüyünü gözləmir.

O, həmçinin qeyd edib ki, Kipr problemi ilə bağlı Türkiyə ilə Yunanıstan arasında yaranmış son fikir ayrılıqları vəziyyəti daha da çıtinləşdirib və bunun aradan qaldırılması üçün səbr lazımdır.

"Bu bir uğursuzluq idi, amma ruhdan düşməməliyik" , deyə o vurğulayıb.

Qeyd edək ki,Yunanıstanla Kipr Avropa Birliyinin üzvləridirlər. Türkiyə bu birliyin üzvü olmasa da NATO ittifaqında Yunanıstanla üzv ölkələrdirlər.

Son vaxtlar Aralıq dənizindəki adalar və təbii ehtiyatlar üstündə Ankara ilə Afina arasında ciddi fikir ayrılıqları yaranıb.

Bundan başqa uzun illərdir Kipr adası ilə bağlı tərəflər arasında kəskin mübahisə var.

Qeyd edək ki, Türkiyə ordusu 1974-cü ildə Kiprə girdikdən sonra ada iki hissəyə bölünüb. Adanın Şimalındakı Şimali Kipr Türk respublikasını yalnız Türkiyə tanıyır.

BMT-nin indiyədək adanı birləşdirmək cəhdləri hələ ki, heç bir nəticə verməyib.

XS
SM
MD
LG