Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:45

Lukaşenka: ‘Lazım olsa Belarusa Rusiya qoşunları yeridiləcək...’


O bəyan edib ki, Belarusun sərhədləri boyunca NATO-nun “hərbi hücum infrastrukturu cəmləşdirilir”

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka deyib ki, əgər “təhlükəsizlik üçün zəruri olarsa” Belarusa Rusiya qoşunları yeridiləcək:

"Hazırda buna zərurət yoxdur. Bizim kifayət qədər güclü, qabiliyyətli, yığcam silahlı qüvvələrimiz var. Mülki müdafiə qoşunlarını nəzərə almasaq belə, biz qısa müddət altında 500 min nəfəri müsəlləh etməyə qadirik. Bu artıq böyüjk qüvvədir. Əgər bu da az olsa, bura Rusiya Federasiyasının qoşunları yeridiləcək. Belə bir şey heç vaxt olmayacaq. Amma əgər lazım gəlsə, bu barədə düşünəcəyik”.

Lukaşenkanın fikrincə Qərblə Şərq arasında yerləşən Belarus hazırda “sivilizasiyalar qarşıdurmasının episentrinə” düşüb.

O bəyan edib ki, Belarusun sərhədləri boyunca NATO-nun “hərbi hücum infrastrukturu cəmləşdirilir”.

Lukaşenka iddia edib ki, Belarusun yaxınlığında yeni birləşmə - 18-ci motoatıcı diviziya yaradılır və bu birləşməni Amerikanın Abrahams tankları ilə silahlandıracaqlar:

"Gördüyünüz kimi heç nə dəyişmir. Onlar Böyük Vətən Müharibəsinin başlanmasından heç bir dərs almayıblar. Onlar Brest qalasının nə demək olduğunu deyəsən unudublar”.

Belarusun öz ərazi bütövlüyü təhlükədə ola bilər

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Şimal alyansı son siyasi hadisələrlə bağlı Belarusun Rusiyadan getdikcə artan asılılığından narahatdır.

Baş katib bəyan etmişdi ki, alyans onun hər hansı üzvünə qarşı Minsk və ya Moskvadan qaynaqlanan istənilən təhlükəni dəf etməyə hazırdır.

Stoltenberq təhlükənin nədən ibarət olduğunu xırdalamamışdı, amma işarə etmişdi ki, Belarusun öz ərazi bütövlyü təhlükə ilə üzləşə bilər.

Belarusun və Rusiyanın qonşuları – Polşa, Litva və Latviya NATO üzvləri arasında Moskvanı və eləcə də Lukaşenka rejimini daha sərt tənqid edirlər.

Onlar insan haqlarını kobud şəkildə pozduğuna görə Belarus rejimi üzərinə ən sərt sanksiyaların qoyulmasına çağırırlar.

Minsk və Moskvanın yaxınlaşmasından Ukrayna da narahatdır.

XS
SM
MD
LG