Böyük Britaniyanın baş naziri Boris Johnson avqustun 3-də Belarus müxalifətinin lideri-prezidentliyə keçmiş namizəd Svetlana Tikhanovskayanı qəbul edib.
Johnson bildirib ki, Brtaniya Belarus vətəndaş cəmiyyəti və Belarus xalqının demokratiyaya nail olmaq cəhdlərini dəstəkləyir.
“Biz birmənalı şəkildə sizin tərəfinizdəyik və sizin fəaliyyətinizi dəstəkləyirik”, deyə Johnson bildirib.
Baş nazir qeyd edib ki, Britaniya müxalifətdə olan blogger Roman Protaseviçin olduğ təyyarənin Minskdə məcburi yerə endirilməsindən sonra, Aleksandr Lukashenka rejiminə qarşı ilk sanksiya tətbiq edən ölkələrdən biridir.
Tikhanovskaya Londona səfəri zamanı Belarus diasporunun üzvləri ilə də görüşüb.
Svetlana Tikhanovskayanın həmçinin Britaniyanın xarici işlər nazirliyi və deputatlarla görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Tikhanovskaya bundan əvvəl Vaşintonda ABŞ prezidenti Joe Bidenlə görüşüb.
Bir çox dünya ölkələri onu Belarus vətəndaş cəmiyyətinin lideri kimi tanıyırlar.
Qərb ölkələri, ötən il Belarusda keçirilmiş prezident seşkisinin nəticələrini və həmin seçkidə qalib elan edilmiş Aleksandr Lukashenkanın legitimliyini tanımırlar.
ABŞ və Avropa Birliyi başda olmaqla bir sıra dünya ölkələri bu mübahisəli seçkidən sonra Belarusda başlayan repressiyalara görə, Lukashenka rejiminə qarşı bir sıra sanksiyalar tətbiq ediblər.