Sənayecə inkişaf etmiş Böyük 7-lər ölkələri ötən həftə Oman körfəzində neft tangerinə hücumu pisləyib və bəyan edib ki, bütün sübutlar göstərir ki, bunun arxasında İran durur
“Biz ticarət gəmisinə edilmuiş bu hücumu pisləyirik. Bu qəsdən, məqsədli şəkildə edilmiş hücumdur və beynəlxalq normaların açıq şəkildə pozulması deməkdir”, deyə ABŞ , Böyük Britaniya, Kanada, Almaniya, Fransa, İtaliya və Yaponiyanın yaydıqları birgə bəyanatda vurğulanır.
Bəyanatda daha sonra deyilir ki, İranın bu cür davranışı, qanunsuz silahlı qüvvələri dəstəkləməsi beynəlxalq sülhə və sanitliyə təhlükədir.
"İranı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olan bütün hərəkətləri dayandırmağa və bütün tərəfləri regional sabitlik və sülhün möhkəmləndirilməsində konstruktiv rol oynamağa çağırırıq", - deyə bəyanatda bildirilir.
İyulun 29-da Oman körfəzində İsrailin “Zidiac Maritime” şirkəti tərəfindən idarə olunan, Liberiya bayrağı altınfda üzən və Yaponiyaya məxsus tankerə hücum nəticəsində1 britaniyalı və 1 rumınyalı heyət üzvü həlak olub.
“Mercer Street” tankerini Londonda yerləşən, israilli milyarder Eyal Oferin “Zodiac Group” şirkətinə aid “Zodiac Maritime” idarə edir.
ABŞ və digər rəsmilərin sözlərinə görə tankerə hücum pilotsuz aparatla törədilib.
İsrail bəyanat yayaraq İsrail İrana qarşı hərbi əməliyyata hazır olduğunu bildirib.
İransa bu hücumda əli olmadığını iddia edir.
ABŞ Dövlət katibi Antony Blinken Britaniyanın ardınca, tankerə hücuma, kiollektiv cavab verilcəyini bəyan edib.
Tehransa təhlükəsizliyinə qarşı istənilən təhdidə cəld cavab veriləcəyini bəyan edib.
Xatırlatma
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump 2018-ci ildə İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib. Bundan sonra Fars Körfəzində gərginlik artıb.
Birləşmiş Ştatlar bu günlərdə Tehranı həmin nüvə sazişi ilə bağlı danışıqları bərpa etməyə şağırıb.
Tehranda bu məsələni dialoq yolu ilə həll etmək niyyətində olduğunu bildirib.