Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:51

Azərbaycan İrana nota verdi


Tehran rəsmiləri Bakı ilə Yerevan arasında: İranın istədiyi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Tehran rəsmiləri Bakı ilə Yerevan arasında: İranın istədiyi nədir? Video arxiv

Bu gün, avqustun 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, görüşdə səfirin diqqəti İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkarlanmış arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub: "Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb".

Məlumata görə, görüş zamanı bu kimi narahatlıq doğuran hallara son qoyulması istiqamətində İranın yeni administrasiyasının əməli addımlar atacağı qeyd olunub.

Bu məlumata, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG