Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Avropalı şərhçi: 'Avropa Birliyində 'Zəngəzur dəhlizi' sözü yoxdur'


Qarabağ savaşından sonra dəmiryol xəttinin bərpa planı, infografika
Qarabağ savaşından sonra dəmiryol xəttinin bərpa planı, infografika

Eldar Məmmədov hesab edir ki, son günlər Azərbaycan prezidentinin Yerevanın, Zəngəzurun qədim Azərbaycan torpaqları olması ilə bağlı çıxışları regional əməkdaşlıq ideyasını kölgə altına alır və strateji səhvdir.

Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan regional əməkdaşlıqla bağlı işçi qrupun fəaliyyətini bərpa edib. Bu işçi qrupa Rusiya, Azərbaycan, Ermənistan baş nazirlərin müavinləri daxildir. Qrup bu ilin yanvarında fəaliyyətə başlamışdı.

Xatırladaq ki, son günlər daha çox mübahisə doğuran layihə Azərbaycanın əsas ərazisini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsi nəzərdə tutulan kommunikasiya xəttidir. Azərbaycan tərəfi bu layihəni Zəngəzur dəhlizi adlandırır.

Bakıda, prezidentin sərəncamı ilə yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev düşünür ki, qrup işini Kremlin müəyyən təzyiqi ilə bərpa edib.

"Burda Rusiyanın öhdəliyi var. 11 yanvar sənədi var. Rusiyanın prezidenti Vladimir Putin buna imza atıb, ona görə Rusiya burda müəyyən qədər Ermənistana təzyiq də göstərib ki, bu danışıqlar bərpa olunsun. İlkin danışıqlar idi, bir az gözləməliyik ki, görək gedişat necə olacaq, inkişaf necə olacaq... Ermənilər dəmiryola müəyyən qədər razılıq verirlər, avtonəqliyyat yolu ilə bağlı hələ də problemlər var. Amma bəyanata əsasən nəticə etibarilə hər iki yol təmin olunmalıdır."

Naxçıvana dəhliz - Moskva Yerevana necə təzyiq edə bilər
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Yerevanda, Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Ruben Mehrabyan isə deyir ki, Ermənistan tərəfinin mövqeyi belədir ki, Naxçıvana açılacaq kommunikasiya xəttinin avtomobil, yoxsa dəmiryolu, hətta ikisininin birdən mövcud olması prinsipial deyil, rəsmi Yerevan üçün iki mühüm məsələ var- birincisi Azərbaycan tərəfinin dəhliz terminindən istifadə etməməsidir, çünki bu termin suverenitet anlayışını məhdudlaşdırır, bu isə Ermənistan üçün qəbuledilməzdir. Ruben Mehrabyan əlavə edir ki, ikinci prinsipial məsələ budur ki, Azərbaycan özü də Ermənistanla arasında olan bütün digər yolları açsın:

"Söhbət Naxçıvana yoldan gedir. Qazax İcevan, Ağstafa İcevan... Bunlar da yollardır. Yerevan-Naxçıvan-Culfa üzərindən yol da yoldur. Biz “dəhlizr” sözü işlətmirik ki?! Bu sadəcə yoldur. Bağlanmış yollar açılmalıdır"

Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr atəşkəs bəyanatı ilə Azərbaycan öz ərazisindən Ermənistana dəhliz verib və Laçın şəhərini tam olaraq əhatə edən bu 5 km-lik enində olan dəhlizə rus sülhməramlıları nəzarət edir. .

Həmin bəyanatın 9-cu bəndində isə yazılıb ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Laçın şəhəri-Rusiya sülhməramlıları 1 dekabr, 2020
Laçın şəhəri-Rusiya sülhməramlıları 1 dekabr, 2020

Laçın dəhlizindən fərqli olaraq burda detallar qeyd olunmayıb.

Bakıda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə öz Facebook səhifəsində yazır ki, danışıqların dalana dirənməsinin səbəbi Ermənistan baş naziri Nikol Paşinyanın tərəddüd içində olmasıdır:

"O bir tərəfdən koridor vasitəsilə bölgədə sülhün bərpası istiqamətində önəmli addımın atılacacağını anlayır, digər tərəfdən güzəştə gedən tərəf kimi görsənmək istəmir. Onun tərəddüdünü Moskva çözə bilər. Rusiya 11 yanvar bəyanatının əsas bəndini əlində rəhbər tutaraq dəhlizin açılmasını təmin edə bilər. Ancaq problem ondadır ki, Rusiyanın özü də 10 noyabr və 11 yanvar bəyanatlarına sadiq deyil".

Şərhçi əlavə edir ki, Kreml kommunikasiya xətlərinin açılmasıyla Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin bir-birləriylə sıx bağlanacaqlarından ehtiyat etməyə başlayıb.

Avqustun 14-də CNN Türk telekanalına müsahibəsində prezident İlham Əliyev həm də deyib ki, dəhlizə Avropa Birliyi də dəstək verir. O deyib ki, Avropa Birliyinin prezidenti Charles Michel Bakıya səfəri zamanı bildirib ki, Zəngəzur dəhlizi ideyasına müsbət baxır və bu ideyanı dəstəkləyir.

Eldar Məmmədov-Avropa Parlamentində siyasi məsləhətçi
Eldar Məmmədov-Avropa Parlamentində siyasi məsləhətçi

Avropa Parlamentində məsləhətçi kimi çalışan Eldar Məmmədov, qurumun yox, öz adından durumu şərh edərək bildirir ki, Avropa Birliyinin prezidentinin İlham Əliyevlə görüşdə nə dediyini bilmək mümkünsüzdür, amma o əlavə edir ki, Avropa Birliyi lüğətində “Zəngəzur dəhlizi” sözü yoxdur:

"Avropa Birliyi öz rəsmi bəyanatlarında bu ifadəni işlətmir. Bu ifadəni işlədən yalnız Azərbaycan rəsmiləridir. Amma prezident Mişelin çıxışlarında nəqliyyat dəhlizlərinə istinad olunur, sadəcə olaraq spesifik olaraq Zəngəzur dəhlizinin adı çəkilmir. Ümumi götürəndə Avropa Birliyi münaqişənin həlli məqsədilə regional əməkdaşlığa önəm verir, unutmaq lazım deyil ki, Avropa Birliyi özü də 2-ci dünya müharibəsindən sonra iqtisadi əməkdaşlıq ideyası kimi yaranıb. Odur ki, Avropa Birliyi dünyanın hər yerində regional iqtisadi əməkdaşlığa önəm verir".

Amma Eldar Məmmədov hesab edir ki, son günlər Azərbaycan prezidentinin Yerevanın, Zəngəzurun qədim Azərbaycan torpaqları olması ilə bağlı çıxışları regional əməkdaşlıq ideyasını kölgə altına alır və strateji səhvdir.

10 noyabr atəşkəs bəyannaməsi ümumulikdə bütün bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpasını nəzərdə tutur, amma son vaxtlar tərəflər arasında gərginlik artıb, atəşkəs tez-tez pozulur.

XS
SM
MD
LG