Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:03

Ermənistan Türkiyə ilə danışmağa hazırdır


Nikol Paşinyan Gürcüstanda, 8 sentyabr, 2021-ci il
Nikol Paşinyan Gürcüstanda, 8 sentyabr, 2021-ci il

Baş nazir qeyd edib ki, sərhəd ölkələrlə münasibətlərin normallaşdırılması, yaxud dərinləşdirilməsi hökumətin xarici siyasətinin mühüm istiqamətlərindən olacaq

Rəsmi Yerevan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, Ermənistan-Türkiyə dəmiryolunun və avtomobil yollarının bərpası haqda danışmağı mümkün sayır. Bunu Baş nazir Nikol Paşinyan sentyabrın 8-də hökumətin iclasında deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə bəyan edib ki, Ankara yaxşı qonşuluq və bir-birinin ərzi bütövlüyünün tanınması əsasında Yerevanla münasibətləri normallaşdırmağa hazırdır.

Ərdoğan: Yerevanla münasibətləri normallaşdırmağa hazırıq
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Maraqlı tərəflər

“Belə bir söhbətə hazırıq. Böyük mənada regionumuzu Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən yolayrıcına çevirməkdən danışırıq. Rusiya bu prosesi fəal dəstəkləməyə hazır olduğunu açıq bildirib. Avropa Birliyi, Fransa və Birləşmiş Ştatlar da bu prosesdə maraqlıdırlar”, – o deyib.

Baş nazir iclasda qeyd edib ki, sərhəd ölkələrlə münasibətlərin normallaşdırılması, yaxud dərinləşdirilməsi hökumətin xarici siyasətinin mühüm istiqamətlərindən olacaq.

Paşinyan yenidən bu vəzifəyə seçiləndən sonra ilk xarici səfərini İrana etdiyini, bu gün (sentyabrın 8-də) isə Gürcüstana yola düşəcəyini deyib, hər iki halda regional kommunikasiyaların açılmasının gündəlikdə durduğunu vurğulayıb. O, Ermənistan-İran sərhədilə Ermənistan-Gürcüstan sərhədini birləşdirən “Şimal-Cənub” layihəsinin əhəmiyyətini qeyd edib.

Təhlilçi: Ermənistan-Türkiyə sərhədi açılacaq, amma 2-3 ilə yox
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Sülh prosesi

“Rusiya və İranla dəmiryolu xəttinin qurulması bizim üçün həddən artıq vacibdir. Bu məsələnin həllindən ötrü Ermənistan-Rusiya-Azərbaycan kommunikasiyaların açılmasını üçtərəfli formatda müzakirə edir. Biz nəticələrin əldə olunmasından ötrü konkret səylər göstərməkdə qətiyyətliyik. Əlbəttə ki, Azərbaycanın da öz növbəsində qərb regionları ilə Naxçıvan arasında dəmiryolu əlaqəsi yaratmağa çalışdığını anlayırıq”, – Paşinyan bildirib.

Baş nazir ölkəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla sülh prosesini istədiyini təsdiqləyib.

O, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini qeyd edib, hərbi əsirlərin, girovların və digər saxlanan şəxslərin Ermənistana qaytarılması prosesinin mümkün qədər tez tamamlanacağına ümidini bildirib.

Türkiyə ötənilki 44 günlük müharibədə Azərbaycanı dəstəkləyib. Rəsmi Bakı həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu il yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat regionda kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur.

XS
SM
MD
LG