Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:32

Ermənistanda COVID ölümləri ən yüksək həddə çatıb


Ermənistanda əhalinin yalnız 10 faizi iki doza ilə tam vaksin olunub. Bu, bütün Avropa üzrə ən aşağı peyvənd faizidir
Ermənistanda əhalinin yalnız 10 faizi iki doza ilə tam vaksin olunub. Bu, bütün Avropa üzrə ən aşağı peyvənd faizidir

Ermənistanda COVID-19 xəstəliyi təkcə ötən bir həftə ərazində 330 nəfərin həyatına son qoyub

Oktyabrın 26-da Ermənistanda rekord sayda koronavirusla bağlı ölüm qeydə alınıb.

Bundan əvvəlki həftələrdə ölkədə COVID-19-a yoluxmaların sayı kəskin artmaqda idi.

Ermənistanın Səhiyyə Nazirliyi öktyabrın 26-da ötən gün ərzində koronavursa yoluxmadan 57 nəfərin vəfat etdiyini bildirib.

Bu, pandemiyanın əvvəlindən bəri Ermənistanda qeydə alınmış ən yüksək gündəlik ölüm rəqəmidir.

COVID-19 xəstəliyi təkcə ötən bir həftə ərazində 330 nəfərin həyatına son qoyub.

Həmin dövr ərzində virusa yoluxmaların sayı da kəskin artıb.

Əhalisi 3 milyon nəfərə yaxın Ermənistanda pandemiyanın əvvəlindən 6112 nəfər koronavirusla bağlı xəstəlikdən vəfat edib.

Ölkədə son sutka ərzində 1517 yoluxma qeydə alınıb. Beləliklə Ermənistanda indiyədək COVID-19-a yoluxanların sayı 300 min nəfəri keçib.

Təhsil onlayna qayıdır, tətil uzadılır

Səhiyə naziri Anahit Avanesyan oktyabvrın 24-də xəbərdarlıq etmişdi ki, ölkə xəstəxanaları dolur və yeni yoluxanlar üçün çarpayı çatışmazlığı ola bilər.

O Ermənistan sakinlərini “hər yerdə maska taxmağa” və vaksin olunmağa çağırıb.

AzadlıqRadiosu xəbər verir ki, Ermənistanda bir çox adamlar, avtobuslar da daxil qapalı yerlərdə maska taxmırlar.

Ermənistanda əhalinin yalnız 10 faizi iki doza ilə tam vaksin olunub. Bu, bütün Avropa üzrə ən aşağı peyvənd faizidir.

Ölkədə epidemioloji vəziyyətin kəskinləşməsi ilə bağlı Təhsiz Nazirliyi universitetlətin onlayn dərslərə qayıtmasına və məktəb tətillərinin uzadılmasına göstəriş verib.

Oktyabrın 26-da qüvvəyə minmiş sərəncama görə bütün universitet və məktəblər noyabrın 25-dək distant təhsilə keçməlidirlər.

İbtidai və orta məktəblərdə, habelə ali məktəblərdə oktyabrın 25-dən başlanan payız tətili noyabrın 7-dək uzadılıb.

XS
SM
MD
LG