Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:41

Lirə ilə bağlı sosial media postlarına görə məhkəməyə verildilər


Arxiv fotosu
Arxiv fotosu

Bu şəxslər içində mərkəzi bankın keçmiş başçıları, jurnalistlər, iqtisadçı var

Türkiyədə 20-dən çox şəxs lirənin məzənnəsini saxlamaq üçün hökumətin manipulyasiya etməsilə bağlı iddialardan dolayı məhkəməyə verilib. Şikayəti Türkiyədə bankları tənzimləyən orqan qaldırıb.

“The Financial Times” bu addımın hökumətin qeyri-ənənəvi iqtisadi siyasəti ilə bağlı tənqidlərə təsiri ola biləcəyini yazır.

Keçmiş bank rəsmiləri, jurnalistlər

Bankçılığın Tənzimlənməsi və Nəzarət Agentliyi bazar ertəsi Twitter-də yazıb ki, 26 şəxs və Twitter hesabına qarşı “sosial media və media orqanlarında postları” ilə əlaqədar hüquqi addım atacaq.

Bu şəxslər içində mərkəzi bankın keçmiş başçıları, jurnalistlər, iqtisadçı var. 2006-2011-ci illərdə mərkəzi banka başçılıq etmiş, indi isə müxalifətçi deputat olan Durmuş Yılmaz, mərkəzi bankın daha bir keçmiş başçısı Rusdu Saracoğlu da siyahıdadır.

Şikayət bankçılıq qanununda bir maddəyə əsaslanır. Həmin maddə mediada bankın reputasiyasına ziyan vuracaq, yaxud onu gözdən salacaq hər hansı bəyanatların verilməsini qadağan edir.

Türkiyə hökuməti tənqidçilərini susdurmaq üçün məhkəmələrdən istifadə edir. Maliyyə bazarlarında öncəki təlatümlər vaxtı da jurnalistlər və sosial media istifadəçilərinə qarşı onların bəyanatları ilə bağlı iddialar qaldırılıb.

Hökumət iddiaları təkzib edir

Bu il lirə dəyərinin 35 faizini itirib. Prezident Rəcəb Tayyib Ərdoğan daha zəif lirənin ixracı və iqtisadi artımı gücləndirəcəyini deyir. Onun göstərişi ilə mərkəzi bank sentyabrdan faiz dərəcəsini 500 bənd azaldıb. Ölkədə inflyasiya isə 20 faizdən yuxarıdır.

Dekabrın 20-də Ərdoğanın lirə əmanətçilərinə müəyyən güzəştlər vəd etməsindən sonra bir dollar 18.4 lirədən 11.5-ə düşdü.

Mərkəzi bankın xarici valyuta ehtiyatlarında kəskin azalma isə dövlət qurumlarının milyardlarla lirə alması ehtimalının səslənməsinə yol açıb. Ölkənin xarici valyuta ehtiyatları ötən həftənin ilk iki günündə 5.9 milyard dollar azaldı.

Maliyyə naziri Nurəddin Nebati bazar ertəsi televiziyaya müsahibəsində dekabrın 20-də bazara müdaxilə olunmadığını deyib. Onun sözlərinə görə, Ərdoğanın vədlərindən sonra türklər “dollarlarını satmaq yarışına çıxıblar” və buna görə də lirə itkilərinin çox hissəsini kompensasiya edib.

XS
SM
MD
LG