Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:31

Sərhəddə gərginlik: 1 Azərbaycan, 3 Ermənistan hərbçisi həlak olub


Kəlbəcərdə atışma - Azərbaycanın bir əsgəri həlak olub, Ermənistanın bir əsgəri yaralanıb
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Kəlbəcərdə atışma - Azərbaycanın bir əsgəri həlak olub, Ermənistanın bir əsgərinin yaralanıb

Aİ sərhəddəki gərginlikdən narahatdır

Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində yeni insidentlər və itkilər haqda məlumatlardan dərin narahatlıq keçirir. Bu haqda Twitter-də Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi təmsilçisi Toivo Klaar yazıb. O, tərəfləri de-eskalasiyaya, bütün mümkün mexanizmlərdən, özəlliklə Aİ-nin vasitəçiliyi ilə iki ölkənin müdafiə nazirlikləri arasında 2021-ci ilin noyabrında yaradılmış qaynar xətdən tam istifadə etməyə çağırıb.

Aİ sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı tərəflərlə işləməyə, əlavə dəstək verməyə hazır olduğunu bildirir.

+++

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin artilleriya və dronlardan istifadə edərək Ermənistanla sərhədin şərq istiqamətində atəşkəs rejimini "kobud şəkildə" pozduğunu bildirib: "Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini rəsmi Bakının Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı qəsdini davam etdirməsinə, beynəlxalq hüququn təməl prinsiplərini pozmasına çəkir".

Azərbaycan Ermənistanı təxribatda günahlandırır

Azərbaycan Müdafiə Nazirliyinin ( AMN) yanvarın 12-də səhər yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib.

Vurğulandığına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək öz mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə kəndləri istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Habelə bildirilir ki, Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqeləri də vurulub.

Nazirlik hesab edir ki, Ermənistanın xüsusi səbəb olmadan üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır: "Bütün hallarda Azərbaycan ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb".

Vurğulandığına görə, hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir.

Hələlik, bu açıqlamaya Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Ermənistan ona sərf edən xəritəni açıqladı: Qaragölə iddia edirlər
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Sərhəddə gərginlik: 1 Azərbaycan, üç Ermənistan hərbçisi həlak olub

Yanvarın 11-də gecəyarı Azərbaycan-Ermənistan sərhədində intensiv atışma zonasında daha bir erməni hərbçinin cəsədi aşkarlanıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Beləliklə, Ermənistan tərəfdən həlak olan hərbçilərin sayı 3-ə çatıb. Daha iki yaralının olduğu bildirilir.

Nazirlik yanvarın 11-də yaydığı məlumatda Azərbaycan tərəfi sərhəddə provokasiya törətməkdə ittiham edib.

Azatutyun Radiosu gecə sərhəddə sakitlik olduğunu, heç bir insidentin baş vermədiyini, atışma səslərinin eşidilmədiyini xəbər verir.

+++

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yanvarın 11-də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdiyinə dair məlumat verib.

Ermənistanın Müdafiə Nazirliyi iki hərbçinin, N hissəsinin sıravi əsgəri 2002-ci il təvəllüdlü Artur Mxitaryanın və kiçik serjant Rudik Qaribyanın həlak olduğunu bildirib.

Daha iki hərbçinin yaralandığı xəbər verilir.

Yerli vaxtla saat 21:00-a olan məlumata görə Azərbaycan-Ermənsitan sərhədində nisbi sakitlikdir.

Bundan əvvəl Ermənistan tərəfi xəbər verirdi ki, hazırda sərhəddə atışma davam edir, Azərbaycan tərəfi artilleriya və PUA-lardan istifadə edir.

Bundan əvvəl Ermənistan MN yerli vaxtla saat 15:15-də Azərbaycan tərəfinin Ermənistanın Geğarkunik vilayətinin Verin Şorca (Yuxarı Şorca) rayonunda Ermənistanın hərbi mövqelərini atəşə tutduğunu xəbər vermişdi.

Bundan sonra atəş dayansa da, saat 17:30-da atışma bərpa olunub.

Azərbaycan tərəfi bir hərbi xidmətçisinin həlak olduğunu xəbər verib. Bakı əsgərin “erməni tərəfinin təxribatı nəticəsində həlak olduğunu” bildirib.

Azatutyun yanvarın 11-də Yuxarı Şorcadan başqa Ermənistanın Vardenis rayonundakı sərhəd sahələrinin ətəşə tutulduğunu xəbər verir.

Azərbaycanla Ermənistan arasında sərhəd mübahisəsinə ABŞ ekspertləri də cəlb oluna bilər - Amerikalı təhlilçinin izahı
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

‘Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib’

Azərbaycan Müdafiə Nazirliyi (AMN) yanvarın 11-də sərhəddəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb.

Açıqlamada vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bildirildiyinə görə, Azərbaycan ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən adekvat cavab tədbirləri həyata keçirir:

“Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

***

Azərbaycan hərbi qulluqçusu həlak olub. Bununla bağlı bu gün, yanvarın 11-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində bir əsgərləri həlak olub.

Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri qarşı tərəfə cavab veriblər: "Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Amma bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Tərəflər arasında atəşkəs razılaşması olsa da, onun pozulması ilə bağlı tez-tez qarşılıqlı iddialar səslənir. Bu zaman tərəflər bir-birlərini ittiham edirlər.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG